Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Ərəb ölkələrinə baxıb qızlarımızı 13 yaşından ərə veməli deyilik ki”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ərəb ölkələrinə baxıb qızlarımızı 13 yaşından ərə veməli deyilik ki”

Fərəc Quliyev: “Ərəb ölkələrinə baxıb qızlarımızı 13 yaşından ərə veməli deyilik ki”


Milli Məclisə seçilmə yaşının 20-yə endirilməsinə münasibət?

Milli Məclisin Təhlükəsizlik və müdafiə üzrə parlament komitəsinin üzvü Fərəc Quliyev isə “Paritet”ə açıqlamasında bu təkliflə razılaşmayıb. O hesab edir ki, deputatlığa namizədlərin mövcud yaş həddi daha məqsədəuyğundur: “Çünki parlament ciddi strukturdur və burada dövlət əhəmiyyətli fəaliyyət yerinə yetirilir. Parlamentdə təmsil olunan insanlar təcrübəli, məsuliyyətli olmalıdırlar. Müəyyən qədər həyat təcrübəsinə malik olmalıdırlar. 20 yaşlı gənc isə, nə qədər savadlı olsa da, ən nüfuzlu unversitetləri bitirsə də, milləti parlamentdə təmsil etməyə təcrübəsi kifayət etməz”. Millət vəkili qeyd edib ki, 20 yaşlı gənc hələ unversiteti bitirmiş deyil, təhsil alan tələbədir.

“Onun sonrakı həyatı təhsilini davam etdirmək və daha çox biliyə yiyələnməkdir. Hərbi xidmətin keçirilməsinin vacibliyini nəzərə alsaq, o zaman, bu mərhələləri keçən gəncin yaşı 25 olacaq. Əslində yaş həddinin 25 olması da, bütün bunları nəzərə alaraq müəyyənləşdirilib. Bu mənada yaş həddinin 20-yə endirilməsini düzgün hesab etmirəm”, - deyə o bildirib.

Digər ölkələrin təcrübəsində yaş həddinin aşağı salınmasına gəlincə, F.Quliyev burada başqa ölkələrin təcrübəsindən çıxış etməyin də səhv yanaşma olduğunu deyib. Onun sözlərinə görə, hər bir xalq qanunverici orqanını özü müəyyənləşdirir: “Əgər Türkiyə, yaxud hansısa başqa bir ölkə yaş həddini aşağı salırsa, o demək deyil ki, biz də bu addımı atmalıyıq. Əgər belədirsə, ərəb ölkələrinə baxıb qızlarımızı 13 yaşından ərə veməli deyilik ki. Bizdə qızların ailə qurması üçün yaş həddi 18, ərəb ölkələrində isə 13-dür. Deməyim odur ki, hər təcrübəni götürməli deyilik. Reallıq necədirsə, o cür də yanaşmaq lazımdır”.

A. CƏLALOĞLU "Paritet" qəzeti

Geri dön