Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misir mətbuatında Azərbaycan səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Misir mətbuatında Azərbaycan səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb

Misir mətbuatında Azərbaycan səfirliyinin Ermənistanın təxribatı ilə bağlı bəyanatı yayılıb


Misirin “Youm7”, “Aldiplomasy” nəşrləri və “Asiyaelyoum” informasiya agentliyi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıb


Bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutduğu qeyd olunur.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə düşməni geri oturtduğu diqqətə çatdırılan bəyanatda həlak olmuş şəhidlərimizə başsağlığı verilir.

Bəyanatda Misir ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə məlumat verilir. Qeyd olunur ki, 1988-ci ildən başlayan münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır. 1992-ci ildən etibarən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, yeddi rayonunu da işğal edib, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb, on minlərlə insan qətlə yetirilib, şəhərlər və kəndlər viran qoyulub. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs elan edilsə də, Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və davamlı olaraq atəşkəsi pozur. Eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də yerinə yetirilmir.

Geri dön