Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda təqaüdçülərin 57%-i alıcılıq qabiliyyətini itirib
Şərqi Azərbaycanda təqaüdçülərin 57%-i alıcılıq qabiliyyətini itirib |
Bu barədə, Təbriz Təqaüdçü İşçilər Dərnəyinin sədri Kərim Sadıqzadə Təbrizi məlumat verib.
Onun sözlərinə görə, hökumət yaxın zamanlarda Təqaüdçülər Fonduna olan borcunu ödəmək və təqaüdə çıxan fəhlələrin maaşını qaldırmaq məqsədi ilə müəyyən vəsait ayırsa da, nəzərdə tutulan rəqəm onların ehtiyaclarını qarşılamaq üçün kifayət eləmir. “Hökumət pensiyanerlər və fəhlələrin məişət problemlərini həll etmək üçün ciddi tədbirlər görməlidir,” deyə o bildirib. Sadıqzadə Təbrizi daha əvvəl Şərqi Azərbaycan əyalətində təqaüdçülərin 85 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını bildirmişdi. Qeyd edək ki, 1397-ci ildə (2018-2019) şəhərlərdə yoxsulluq həddi 4 nəfərlik ailə üçün 3 milyon 400 min tümən müəyyən edilib. Bu rəqəm ölkədəki yüksək inflyasiyanı da nəzərə alanda olduqca aşağı məbləğdir. Rəsmi hesablamalara görə, yoxsulluq həddi üçün müəyyən edilən məbləğ əhalinin 55 faizinin gəlirindən daha çoxdur. Geri dön |