Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Partiya sədri: "Biz yalnız rəsmi məlumatlara inanmalı, təxribata uymamalıyıq"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Partiya sədri: "Biz yalnız rəsmi məlumatlara inanmalı, təxribata uymamalıyıq"

Partiya sədri: "Biz yalnız rəsmi məlumatlara inanmalı, təxribata uymamalıyıq"


"Azərbaycan cəmiyyəti toparlanmalıdır, biz informasiya yayanda yalnız rəsmi məlumatlara istinad etməliyik".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Fərəc Quliyev sosial şəbəkədə xeyli itki olması, şəhid sayının gizlədilməsi ilə bağlı insanlar arasında panikaya səbəb ola biləcək fikirləri şərh edərkən deyib.

Deputat deyir ki, bu, müharibə ilə yanaşı, həm də bir informasiya savaşıdır:

"Bu bir savaşdır, Ermənistan-Azərbaycan müharibəsdir. Savaş bütün cəbhələrdə gedir. O cümlədən informasiya savaşı. Görürsünüz, düşmən tərəf toparlanıb, daxildə vəziyyətin qeyri-sabit olmasına baxmayaraq, çalışırlar ki, bu vəziyyətdə də vahid mövqedən çıxış eləsinlər. Bunun yalnız bir yolu var. Adekvat cabab vermək, vəssalam. Azərbaycan cəmiyyəti toparlanmalıdır, biz informasiya yayanda yalnız rəsmi məlumatlara istinad etməliyik. Həmin rəsmi məlumatlardan başqa əlavə nəsə olsa belə, ondan istifadə etməməliyik. Çünki əgər dövlət siyasəti yürüdülürsə, müharibə qaydalarına uyğun olaraq aparılmalıdır. Elə məlumatlar var veriləcək, elə məlumatlar var verilməyəcək. Bu, mütləq nəzərə alınmalıdır. İkinci bir tərəfdən bizim qələm sahibləri erməni tərəfindən qat-qat güclüdürlər. Sadəcə olaraq, toparlanmaq və vahid hucum taktikası seçmək lazımdır. Ermənilərin daxildəki vəziyyəti, cəbhədəki itkilərini və Azərbaycan tərəfinin uğurlarını göstərmək lazımdır".

Fərəc Quliyev hesab edir ki, torpaqlarımızı azad etmək üçün bütün resurslardan sitifadə etməliyik:

"Görürsünüz, erməni tərəfi sosial şəbəkələrdə vahid mövqedən çıxış edir. Bu gün Aran və Qarabağa aid olmayan Tovuz istiqamətində açıq şəkildə hücum edirlər. Ermənistan tərəfi artıq bütün resurslarından istifadə edir. Biz də bütün resurslarımızı toparlamağı bacarmalıyıq. Ən mühümü psixoloji savaşdır".

Sabiq deputat vurğulayıb ki, Azərbaycan cəmiyyətində çaşqınıq yaranmasın deyə aşağıdaki 3 mühüm şərtə mütləq əməl olunmalıdır:

1. Rəsmi məlumatlar yaymaq,
2. Düşməm tərəfinin məlumatlarına uymamaq,
3. Bütün çağırışlarda vahid komandanlıq siyasətini yürütmək.

Bəzən görürsən ki, vətənpərvərlikdən hərə bir çağırış edir. Bu təkliflər Müdafiə Nazirliyinə və Prezident Aparatına verilməli və orada qərarlar alınmalıdır. Hər kəs özü bir qərar verə bilməz. Hesab edirəm ki, informasiya savaşında əsas yük mətbuatın üzərinə düşür".

Qeyd edək ki, Azərbaycan Ordusunun itkilərinin çox olması və şəhid sayının gizlədilməsi barədə şaiyələr yayılır. Bu da panikaya səbəb olur. Amma çoxları bu şaiyələrin ermənilər tərəfindən təxbirbat xarakerli yayıldığını başa düşmür. Ermənilər sosial şəbəkələrdə özlərini azərbaycanlı kimi təqdim edərək, saxta profillərlə bu məlumatları yayırlar. Köhnə video və şəkillər də bu məqsədlə çoxdan hazırlaşmış kanallar vasitəsi ilə Azərbaycan dilində paylaşılır.

Bahar Rüstəmli

Geri dön