Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrəc Hərirçi: “Həmədan əyalətinin tibbi personalından olan 446 nəfər koronavirusa yoluxub”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İrəc Hərirçi: “Həmədan əyalətinin tibbi personalından olan 446 nəfər koronavirusa yoluxub”

İrəc Hərirçi: “Həmədan əyalətinin tibbi personalından olan 446 nəfər koronavirusa yoluxub”


O deyib ki, İranda gün ərzində vəfat edənlərin beşdə birini “Covid-19” infeksiyasına yoluxanlar təşkil edir: “Ölkədə hər gün orta hesabla 1050 nəfər müxtəlif səbəblərə görə dünyasını dəyişir və həmin şəxslərin 200-dən çoxu koronavirusa yoluxanlardır. Ölənlərin əksəriyyətini isə yaşlı insanlar təşkil edir.


Həmçinin koronavirusa yoluxma hallarının 41 %-i ailəvi yığıncaqların keçirilməsi, 51 %-i isə xəstəliyi çöldən evin içinə gətirən ailə üzvlərinin gigiyena qaydalarına riayət etməməsi ilə əlaqədardır. Xəstəliyin yayılmasına səbəb olan digər amil isə toy və yas mərasimlərinin keçirilməsi və qoyulan qadağalara riayət olunmamasıdır.


Həmədan əyalətində koronavirus pandemiyası ilə bağlı vəziyyətə gəlincə, hazırda bu əyalətdə “Covid-19” infeksiyasına yoluxanların yarısı evdar qadınlardır. Bunun əsas səbəbi isə, evdar qadınların öz aralarında keçirdiyi qonaqlıq və yığıncaqlara qatılmasıdır.


Bundan başqa, Həmədan əyalətində “Covid-19” infeksiyasına qarşı mübarizə aparan və tibbi personaldan olan 446 nəfər koronavirusa yoluxub. Bu isə ciddi narahatlığa səbəb olur” -deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib.


Geri dön