Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda boş evlərdən vergi tutulacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda boş evlərdən vergi tutulacaq

İranda boş evlərdən vergi tutulacaq


Rəsmi statistikalara əsasən, hazırda İranda 2.5 milyon boş mənzil var və onun 800 mini paytaxt Tehranın payına düşür.


Əvvəllər deputatlar qanun layihəsinin qəbulunun büdcə kəsrinin aradan qaldırılması üçün qəbul edilməsinin zəruri olduğunu vurğulasalar da, bu günkü iclasda fərqli mövqe səsləndiriblər. Onlar qanunun boş qalan evlərin istismara verilməsinə yol açacağını iddia ediblər.


Qanun layihəsinə qarşı çıxan Tehranın deputatı İlyas Nadiran bildirib ki, bundan sonra insanlar boş qalmış evə görə bu cür böyük miqdarda tətbiq edilmiş vergini digər kirayə verdiyi evlərdən və ya gəlir sahələrindən ödəməyə məcbur qalacaqlar. Bu isə onların gəlirlərinə təsir edəcək.


Qanuna qarşı çıxan digər bir qrup millət vəkili də bunun əmlak bazarına mənfi təsir edəcəyini, evlərin və kirayə haqlarının yüksəlməsinə səbəb olacağını deyib.


Qeyd etmək lazımdır ki, İranda son həftələr xarici valyutanın qiyməti kəskin bahalaşmaqdadır. Hazırda İranın valyuta bazarında 1 dollar 23 700 tümən qarşılığında müamilə edilir. Buna görə də, ölkə əhalisinin çoxu pullarını ya xarici valyutaya dəyişərək, ya da ev alaraq saxlamağa çalışır. Yeni qanun layihəsi ilə maddi vəsaitlərini ev alaraq saxlamağa çalışan vətəndaşlar əlavə xərclər ödəməyə məcbur qalacaqlar.

Geri dön