Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanlı jurnalist Yavər Sultani müvəqqəti azadlığa buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanlı jurnalist Yavər Sultani müvəqqəti azadlığa buraxılıb

Güney Azərbaycanlı jurnalist Yavər Sultani müvəqqəti azadlığa buraxılıb


"Maku Times" İnstagram səhifəsinin admini iyulun 14-də 50 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra Makı zindanından azad edilib.





Yavər Sultaniyə qarşı “ictimai rəyi çaşdırmaq və nizam-intizamı pozmaq məqsədilə çağırış vermək” ittihamı irəli sürülüb. Makı şəhərinin prokuroru həmçinin Sultanidən bir il müddətinə media fəaliyyətinə fasilə verməsini istəyib.





Yavər Sultani Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan fars şairi Əbülqasım Firdovsinin heykəlinin qaldırılması ilə bağlı yaydığı reportaja görə iyulun 13-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdı.





Reportajda Sultani anti-türk və anti-ərəb xarakteri ilə tanınan Firdovsinin irqçi məzmunlu şeirlərindən nümunələr gətirərək irqçiliyin dünyanın hər yerində olursa olsun məhv edilməsinin zəruri olduğunu vurğulamışdı.





Azərbaycanlı jurnalist həmçinin afro-amerikalı Corc Floydun ölümündən sonra ABŞ-da və Avropada irqçiliyə qarşı etiraz aksiyalarını, bu etirazlar nəticəsində irqçi hesab edilən bir çox şəxsiyyətlərin heykəllərinin götürülməsini xatırladaraq irqçiliyi əks etdirən Firdovsi heykəlinin bir daha Makıda ucaldılmamasını ümid etmişdi.





“Sepah”ın kəşfiyyat əməkdaşları iyulun 10-da azərbaycanlı jurnalisti çağıraraq “Maku Times" səhifəsində paylaşdığı reportajın qaldırılmasını tələb etsələr də Sultani postu silməkdən imtina edib.





Reportajın yayılmasından sonra Makı Şəhər Şurası açıqlama verərək heykəlin təmir və bərpa işləri ilə əlaqədar qaldırıldığını bildirdi. Daha sonra isə həmin heykəl əvvəlki yerinə qaytarıldı.





Makı Azad Universitetində inşaat üzrə təhsil alan Yavər Sultani son illərdə "Maku Times" İnstagram səhifəsində Azərbaycan və Makı şəhərinin problemlərini əks etdirməyə çalışıb.

Geri dön