Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın sabiq "Sepah" komandanına məxsus xəbər agentliyindən Ermənistanın son təxribatına açıq-aşkar dəstək
İranın sabiq "Sepah" komandanına məxsus xəbər agentliyindən Ermənistanın son təxribatına açıq-aşkar dəstək |
Agentlik "Azərbaycan Respublikası ilə Ermənistan sərhədində vəziyyətin gərginləşməsi" başlığı ilə birtərəfli yaydığı xəbərdə işğalçı İrəvan rejiminin tərəfini tutaraq, Azərbaycan və Türkiyəni Tovuz rayonunda baş verənlərə görə məsuliyyət daşıyan tərəflər kimi göstərməyə çalışıb.
"Tabnak" xəbərin sonunda Qarabağın etnik kimiliyini də dəyişməyə cəhd göstərərək yazıb: 11-ci əsrin əvvəllərində böyük həcmdə türkdilli xalqlar Qafqaza köç ediblər. Onlar bundan sonra regionun ermənilər və gürcülər kimi bir çox xalqlarını məhsuldar torpaqlardan çıxardılar. Bununla da, ermənilərin həmin məhsuldar düzənlik bölgələrində sayı əhəmiyyətli dərəcədə azaldı və onlar daha çox dağlıq bölgələrə köçdülər." Möhsün Rzayiyə məxsus agentliyin təhriflərindən fərqli olaraq, tarixi reallıqlar budur ki, Qacar- Çar Rusiyası müharibələrində qaçarların məğlub olmasından sonra ruslar dünyanın bir neçə ölkəsindən erməniləri gətirərək, Azərbaycan torpaqlarında yerləşdirməyə, bununla da özlərinə "5-ci kalon" yaratmağa başladılar. Ruslar bu addımlarla həmçinin Azərbaycan və Türkiyə arasında "bufer zona" yaratmaq məqsədini də güdürdülər. Hansı ki, bu gün bunu İran rejimi Qərbi Azərbaycan əyalətində kürdləri məskunlaşdırmaqla təkrar etməyə cəhd göstərir. Bundan öncə isə İran Dövlət Televiziyasının aparıcısı da xəbərlər proqramında Dağlıq Qarabağı "erməni torpağı" adlandırmışdı. Xatırladaq ki, Möhsün Rzayi hazırda İranın Ali Məsləhət Şurası kimi mühüm qurumunun katibi vəzifəsini tutur. Geri dön |