Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı fəallar Əyyub Şiri və Babək Hüseyni Müqəddəmin məhkəməsi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı fəallar Əyyub Şiri və Babək Hüseyni Müqəddəmin məhkəməsi keçirilib

Güney azərbaycanlı fəallar Əyyub Şiri və Babək Hüseyni Müqəddəmin məhkəməsi keçirilib


Fəallar iyulun 14-də Təbrizdə İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə ediliblər. İnqilab məhkəməsinə sədrlik edən hakim Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.





Təbriz şəhəri sakini olan Əyyub Şiri daha öncə Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “ictimai nəzm-intizamı pozmaq”da günahlandırılaraq 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Lakin milli fəal barəsində çıxarılan hökmün icrası bir illiyə təxirə salınıb.





Şiri 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə saxlanılmışdı.

O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.





Fevralın 25-də mülki girov qarşılığında Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılan milli fəal Babək Hüseyni Müqəddəm də 2019-cu ilin noyabr etirazları zamanı heç bir günahı olmadan həbs edilmişdi.





Hüseyni Müqəddəm daha öncə də 2008 və 2016 illərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, “sistemə qarşı təbliğat aparmaq”da günahlandırılmış, 6 ay azadlıqdan məhrum edilmişdi.

Geri dön