Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Milli geyimlərə həsr olunmuş poçt markaları
Milli geyimlərə həsr olunmuş poçt markaları |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Azərbaycanın milli geyimlərinə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb. Nazirlikdən verilən məlumata görə, iki blokdan ibarət olan markalar artıq satışa çıxarılıb. Birinci markanın üzərində Qarabağa məxsus qadın geyimləri, digər markanın üzərində isə Qarabağa xas kişi geyimləri əks olunub. Ümumi tirajı 15 min ədəd olan bu markaların nominal satış qiyməti 0,50 manat təşkil edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə «Azərbaycan-Polşa» diplomatik əlaqələrinə həsr olunmuş poçt markaları buraxılıb. Nazirlikdən verilən məlumata görə, bir blokda iki marka ilə buraxılan markaların üzərində «Uzun Həsən» — Ağqoyunlu dövlətinin banisi Həsən bəy Bayandurun təsviri verilib. Digər markanın üzərində isə Polşanın kralı Yagellonun təsviri verilib. Markaların tirajı 13 min ədəd, bir markanın nominal qiyməti isə 0,60 manat təşkil edir. Geri dön |