Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Konseyi qurultaya hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycan Konseyi qurultaya hazırlaşır

Güney Azərbaycan Konseyi qurultaya hazırlaşır


Firudin Cəlilov: “Mənim adımdan yararlanmağa cəhd göstərirlər”



“Güney Azərbaycan Türkləri Konseyi özünün qurultayına hazırlaşır. Qurultay gələn ay keçiriləcək. Bunun üçün işçi qrupu yaradılıb və fəaliyyətini davam etdirir. Konseydə formalaşacaq yeni heyət bununla bağlı cəmiyyətə məlumat verəcək, məqsəd və məramlarını açıqlayacaq. Hesab edirəm ki, həqiqətlərin üzə çıxması üçün bir qədər səbrli olmalıyıq”.


Bunu Güney Azərbaycan Türkləri Konseyinin əsas simalarından olan sabiq təhsil naziri, türkçü-alim Firudin Cəlilov deyib. O, əlavə edib ki, bu müddət ərzində Konsey bir sıra tədbirlər həyata keçirirb, Güney Azərbaycan məsələsini daima diqqətdə saxlayıb: “Bu yaxınlarda bir forum keçirildi. Ora Avropada və dünyada yaşayan Konsey üzvləri də qatıldı. Demək istəyirəm ki, paralel olaraq biz bu istiqamətdə iş aparırıq, amma əsas məsələ qurultaya hazırlıqdır”.


Firudin Cəlilov Konsey daxilində olan fikir ayrılıqları haqqında da danışıb. Deyib ki, Konsey yaranan gündən indiyə qədər iki-üç nəfər qurultayın keçrilməsinə mane olmağa çalışır: “Onlar bu gün də fəaliyyətlərini davam etdirir. Amma əsas çoxluq qurultaya gedir və qərarını verib. Ona görə də, belə görüntü yaradılır ki, guya Konsey bölünüb və ya iki qrupa ayrılıb. Təbii ki, bu belə deyil. Konsey üzvləri qurultaya hazırlaşır. Beş-altı nəfər isə suyu bulandırır. Yeni yaranan təşkilatlarda belə şeylər olur. Mən hazırda suyu bulandıranların adını çəkmək istəmirəm”.


Sabiq təhsil naziri yeni yaradılan təşkilatda fikir ayrılığının olmasında kənar qüvvələrin maraqlı olduğunu istisna etməyib. Onun fikrincə, qurultayın işini pozmağa çalışanların əksəriyyəti Güney Azərbaycan məsələsində, milli davada olmayan insanlardır: “Onlar heç xəritədə Güney Azərbaycanın şəhərlərinin adını belə göstərə bilməzlər. Di gəl, pafoslu, iddialı danışırlar. Amma yalan ayaq tutsa da, yeriməz. Onlar bu işlərdən əl çəkməsələr, ifşa edilib kənarda qalacaqlar. Yəni işi irəli aparan sağlam qrupda Konseyin əsas üzvləri təmsil olunur və iş irəli aparılır”.


Müsahibimiz söyləyib ki, burada narazılıq konkret şəxslərlə bağlı deyil. Sadəcə olaraq, konseydə müəyyən mənada nüfuzlu və tanınmış şəxslər təmsil olunurlar: “Elə insanlarımız var ki, ömrünün əhəmiyyətli hissəsini milli davaya həsr edib. Pozuculuq işi aparanlar belə şəxslərin adı arxasında işlərini görmək istəyirlər. Əsas şəxslər buna imkan vermək istəmir. Narazılıq buradan başlayır. Qurultaya getmək istəməyənlər burada təmsil olunan nüfuzlu şəxslərin adından istifadə etməyə cəhd göstərirlər. Belə şəxslərdən biri də mənəm. Yəni o tərəf mənim adımdan istifadə etmək istəyir, bu tərəf isə bir ağsaqqal kimi məni qəbul edərək məsləhətlərimə qulaq asır. Amma məndən istifadə etmək istəyənlərə imkan tanımadığım səbəbindən belə görüntü yaranır ki, məsələlər mənimlə bağlıdır. Əslində isə, mənim orada bir iddiam yoxdur. Ancaq bütün hallarda biz qurultayda bir güneyli qardaşımızı Konseyin başqanı seçəcəyik və rəhbərliyi yeniləyəcəyik”.

Geri dön