Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hormozqan əyalətində koronavirusdan vəfat edənlərin sayı 424 nəfərə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Hormozqan əyalətində koronavirusdan vəfat edənlərin sayı 424 nəfərə yüksəlib

Hormozqan əyalətində koronavirusdan vəfat edənlərin sayı 424 nəfərə yüksəlib


Bu barədə iyulun 17-də mediaya açıqlamasında məlumat yayan Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan deyib ki, xəstəlikdən fəfat edənlərin 7-si kişi, 4-ü isə qadındır: “Pandemiya xəstəliyindən ölənlərin yaş həddinə gəlincə, onlar 60-97 yaşarası xəstələr olublar.


Hazırda koronavirus infeksiyasına yoluxma səbəbilə yerləşdirilən 454 xəstə müalicələrini davam etdirirlər və onlardan 87-si reanimasiya şöbələrində saxlanılırlar. Təəssüflər olsun ki, həmin xəstələrdən 43-ünün vəziyyəti ağırdır.


Hormozqanda əhalidən götürülən test nümunələrinin sayına gəldikdə isə demək olar ki, indiyədək əyalətdə “Covid-19” xəstəliyi üçün 45 min 483 test götürülüb” -deyə, Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan bəyan edib.

Geri dön