Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ceyhun Bayramovun necə XİN başçısı olacağına ilkin ekspert rəyləri - diplomatiyamızın sonrakı yolu...
Ceyhun Bayramovun necə XİN başçısı olacağına ilkin ekspert rəyləri - diplomatiyamızın sonrakı yolu... |
Məlum olduğu kimi, Prezident İlham Əliyev Xarici işlər naziri Elmar Məmmədyarovun işdən çıxarılması, yerinə Ceyhun Bayramovun təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, sərəncamdan bir gün əvvəl Prezident Xarici İşlər Nazirliyinin fəaliyyətini sərt tənqid edib: "Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili işlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici işlər nazirini tapa bilmədim". Xarici işlər naziri təyin edilən Ceyhun Bayramov artıq nazirliyin kollektivinə təqdim olunub. Naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib. O, yeni nazir Ceyhun Bayramov haqqında kollektivə məlumat verib və bu təyinatın Prezidentin xarici siyasətdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacağına ümid etdiyi deyib. C.Bayramov da öz növbəsində bu işin öhdəsindən layiqincə gələcəyinə söz verib. Ceyhun Bayramov 7 il Təhsil Nazirliyinin rəhbərliyində olub. Onun hazırda yeni təyin olunduğu postda həll etməli olduğu çox ciddi problemlər var. Çünki qeyd olunduğu kimi, sələfindən ona ağır miras qalıb. Bütün bunların fonunda sual yaranır: Ceyhun Bayramov qarşıya qoyulan bu çətin vəzifənin öhdəsindən gələ biləcəkmi? "Aydın Quliyev: “Bir çoxlarından fərqli olaraq, xarizması var” Ceyhun Bayramovun nazir təyinatı və onunla bağlı hansı gözləntilərinin olmasına ilk reakasiya verənlərdən biri “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev olub. O, bu təyinatla bağlı optimist düşüncədə olduğunu bildirib: “Ceyhun Bayramov Azərbaycanın xarici işlər naziri təyin edildi. Onun necə bir nazir olacağını yəqin hər kəs özündən və başqalarından soruşur. Şəxsi tanışlığımızın olmadığı bu insan haqqında çoxillik kənar müşahidələrimin mənə dediklərini dostlarımla bölüşmək istədim. Ceyhun Bayramov Azərbaycan məmurlarının arasında ciddiyyəti, məntiqi, öz hərəkət və danışıqları üzərində daxili senzuranı həmişə saxlamağa çalışanlardan biridir. Bir çoxlarından fərqli olaraq, xarizması var. Yeni postu da yarıtmaq üçün bunların həlledici ilkin şərtlər olduğunu düşünürəm, ancaq bütün hallarda qəti qənaətə gəlməyi dostların öz öhdəsinə buraxdım. Mən şəxsən optimistəm və Ceyhun müəllimə uğurlar arzu edirəm...” "Fərəc Quliyev: “Prezident malik olduğu kriteriyaları yaxşı bildiyindən onu bu posta təyin edib" Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, söhbət çox çətin vəzifədən və ona qalan ağır mirasdan gedir: “Təyinat vaxtı Ceyhun bəyin özü də dedi ki, bu onun üçün yeni bir sahədir. Amma mənin kadr məsələsi ilə bağlı öz yanaşmam var. Hesab edirəm ki, peşəkarlıqla yanaşı, onların vətənə sədaqəti də böyük önəm daşıyır. Dürüstlük, çalışqanlığın da önəmini bura əlavə edərdim. Bu cür vəzifələrə rəhbərlik o deməkdir ki, inzibatçılığı, işin təşkilini yaxşı bacarmaq lazımdır. Mənə elə gəlir ki, Ceyhun bəy yaxşı komanda təşkil etməklə bu işin öhdəsindən layiqincə gələ biləcək. Bir insan kimi mən Ceyhun müəllimi dürüst, bacarıqlı, vətənpərvər kadr kimi tanıyıram. Millətinə, dövlətinə bağlı olan, şəcərəsi təmiz adamdır. Dişli siyasət yürütmək və yaxşı komanda toplamaqla bu işin öhdəsindən gələ biləcəyinə tam əminəm. Onun yerinə dediyim xüsusiyyətləri özündə cəmləməyən bir peşəkar diplomat təyin edilsəydi, bu zərər verərdi. Bu cür təyinatları alan şəxslər işlərinə yalnız əmək haqqı aldıqları yer kimi baxmamalıdırlar. Dediyim keyfiyyətlər Ceyhun müəllimdə var. Prezident malik olduğu kriteriyaları yaxşı bildiyindən onu bu posta təyin edib. Hesab edirəm ki, XİN-də ciddi islahatlar aparılmalıdır. Elə səfirlərimiz var ki, gedib işlədikləri ölkəyə satılıb, öz dövlətimizə dönük çıxıblar. Nazirlərimiz olub ki, bir neçə ali təhsili olsa da, korrupsiyaya bulaşıb, vətəninə, dövlətinə xəyanət edib. Əlbəttə, yaxşı miras qalmayıb və xeyli adamın dəyişdirilməsi lazımdır. Artıq masa üzərinə Azərbaycan paketi qoymağın zamanıdır. Şahmat termini ilə desək, ağlarla oynamaq üçün bir çox kadrları dəyişmək lazımdır. Xüsusilə böyük, bağlantı sayılan ölkələrdəki səfirlərimizin yenilənməsinə ehtiyac var. XİN-in əməkdaşları bizim şəhid genearlımızdan örnək götürməlidir. Hamısı işini o şəkildə sevməlidir, yeri gəlsə, canını vətən yolunda fəda etməyə hazır olmalıdır. Bunlara əməl olunsa, işimiz yaxşı gedəcək”. Ümidvarıq ki, Ceyhun Bayramov ona göstərilən etimadı doğruldacaq. Azərbaycanın, döyüşən ordu ilə yanaşı, həm də peşəkar xarici siyasət kursu yürüdə bilən quruma ehtiyacı var. Çünki biz sıradan yox, müharibə şəraitində olan ölkəyik. Məhəmmədəli QƏRİBLİ Geri dön |