Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Mühacir kürdlər Urmiya ətrafında yerləşən bölgənin türkcə adını təhrif edib
Mühacir kürdlər Urmiya ətrafında yerləşən bölgənin türkcə adını təhrif edib |
Məlumata əsasən, kürdlərdən bir qrup iyulun 16-da “Boz Sinə” dağına gedərək orada üzərində kürdcə yazılar olan lövhə quraşdırıblar.
Lövhədə Azərbaycanın turistik məkanlarından olan yerin adı “Boze-Sina” şəklində təhrif edilib. Vaxtı ilə Qərbi Azərbaycan məntəqəsində bir çox azərbaycanlını öldürən İsmayılağa Simitqonun nəvəsi Arman Simitqo öz İnstagram səhifəsində məlumat yayaraq bu lövhənin onun tərəfindən hazırlandığını bildirib. Güney azərbaycanlılar sosial şəbəkələrdə mühacirlərin məkrli hərəkətinə etirazlarını bildirərək, bu cür təxribatçı addımların təhlükəli nəticələrinin olacağı barədə xəbərdarlıq ediblər. Qərbi Azərbaycan Əyalətində uzun illərdir ki, kürdləşdirmə prosesi həyata keçirilir. İran rejimi bölgənin demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə müxtəlif yollarla radikal kürdlərə dəstək verir. Bu məsələ hər zaman güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb Geri dön |