Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 620 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 620 nəfərə çatıb

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 620 nəfərə çatıb


Bu barədə, Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 362 nəfərinin COVID-19 testi pozitiv çıxıb. O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 128 nəfər xəstəxanaya yerləşdirilib, 15 nəfər dünyasını dəyişib.





Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 619 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 166 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 45 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 35 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 2 min 363 nəfərə çatdığını bildirib.

O əlavə edib ki, bu rəqəm sadəcə COVID-19 testi pozitiv çıxanları əhatə edir və əyalətdə bu günə kimi 7 min 222 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.





Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 233 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1930 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 612 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 55 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 284 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 50 nəfəri reanimasiya şöbəsindədir.

Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayi son 24 saatda əyalətdə daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də Tibb Universitetinin rektoru Mənuçəhr Kərəminin verdiyi məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 2 min 424 nəfərə çatıb.

Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 274 nəfərə çatdığını bildirib.

Qeyd edək ki, bir gün öncə, Həmədan Tibb Universitetinin rektor müavini İbrahim Cəlili bu rəqəmin 276 nəfər olduğunu açıqlamışdı. Cəlili həmçinin 610 koronavirus xəstəsinin əyalətin xəstəxanalarında müalicə aldığını qeyd etmişdi.

Geri dön