Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 630 nəfəri keçib
Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 630 nəfəri keçib |
Bu barədə, Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 343 nəfərinin COVID-19 testi pozitiv çıxıb. O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 98 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfər dünyasını dəyişib.
Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 631 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 165 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 48 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib. Zəncan əyalətində də son 24 saatda daha 35 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 7 min 376 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib. Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 6 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 243 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1983 nəfərinin tam sağaldığını bildirib. Qızılbaş həmçinin qeyd edib ki, hazırda 648 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır. Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 51 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 315 nəfər xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayi son 24 saatda əyalətdə daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib. Həmədan əyalətində də Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 2 min 598 nəfərə çatıb. Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 290 nəfərə çatdığını bildirib. Kərəminin sözlərinə görə, son 24 saatda əyalətdə daha 39 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 7 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. Geri dön |