Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə COVID-19-a yoluxanların, infeksiya qurbanlarının sayında yeni rekord qeydə alınıb
Ərdəbildə COVID-19-a yoluxanların, infeksiya qurbanlarının sayında yeni rekord qeydə alınıb |
Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri və Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, keçən 24 saat ərzində koronavirusa yoluxan 330 nəfər Ərdəbilin “Xomeyni” xəstəxanasına yerləşdirilib.
Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmməd Rza Rzayi də Xomeyni xəstəxanasında artıq yer qalmadığını, daha iki xəstəxananın COVID-19 infeksiyasına yoluxanların müalicəsi üçün ayrıldığını bildirib. Rzayi vəziyyəti “daha öncə görünməmiş böhran” olaraq dəyərləndirib. Ərdəbil əyalətinin səhiyyə xidmətinin rəhbəri isə ötən sutka ərzində Güney Azərbaycanın bu əyalətində 8 nəfərin koronavirusdan dünyasını dəyişdiyini bildirib. Həbibzadənin sözlərinə görə, bu rəqəm pandemiyanın başlanmasından bəri rekord göstərici hesab olunur. Həbibzadə həmçinin xəstəliyə yoluxan 319 nəfərin əyalət xəstəxanalarının xüsusi bölmələrində müalicə aldığını deyib. Onlardan 51 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. Geri dön |