Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Etirazlardan sonra Qərbi Azərbaycanın adını təhrif olunmuş şəkildə təqdim edən pankart qaldırılıb
Etirazlardan sonra Qərbi Azərbaycanın adını təhrif olunmuş şəkildə təqdim edən pankart qaldırılıb |
“Razi” sığorta şirkətinin reklam pankartlarında əyalətin adı Qərbi Azərbaycan yerinə terror qruplaşmalarının istifadə etdiyi “Urmiya əyaləti” kimi təqdim olunmuşdu.
Əhalinin geniş etirazından sonra sığorta şirkəti həmin pankartları qaldıraraq əyalətin adını düzgün şəkildə təqdim edən yeni pankartlarla əvəz etməyə məcbur olub. Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti Türkiyə, Azərbaycan Respublikası və İraqla həmsərhəddir. Kürd terror qruplaşmaları uzun illərdir bu bölgəyə göz tikib. Bu məqsədlə İran rejiminin də dəstəyi ilə bölgədə kürdləşdirmə prosesi gedir. Əyalətin üzərindən “Azərbaycan” sözünü ləğv edərək onu başqa adla adlandırmaq planı bölgənin kürdləşdirilməsi prosesinə dəstək verən qüvvələr tərəfindən həyata keçirilir. Güney Azərbaycan əhalisinin etirazına baxmayaraq əyalətin adı dəfələrlə İranın yüksək rütbəli rəsmiləri, eləcə də rəsmi mətbuat orqanları, o cümlədən İran Teleradio Şirkəti tərəfindən təhrif edilib. İslam Respublikasının prezidenti Həsən Ruhani 2019-cu il noyabrın 27-də bir neçə əyalətin adını sadaladığı zaman Qərbi Azərbaycan əyalətinin adını “Urmiya” kimi təqdim etmişdi. Ruhani 2018-ci il noyabrın 19-da Qərbi Azərbaycanın Xoy şəhərinə səfəri zamanı da Qərbi Azərbaycanı Urmiya əyaləti adlandırmışdı. Geri dön |