Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı milli fəallar Əlirza Fərşi və Behnam Şeyxi saxlanılıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı milli fəallar Əlirza Fərşi və Behnam Şeyxi saxlanılıblar

Güney azərbaycanlı milli fəallar Əlirza Fərşi və Behnam Şeyxi saxlanılıblar


Məlumata əsasən, Əlirza Fərşi iyulun 21-də axşam saatlarında evinə qayıdarkən, Behnam Şeyxi isə Tehranın “İnqilab” meydanında tutuqlanıblar.

Həmin gün milli-mədəni fəal Həmid Mənafi Nadarlı da öz iş yerində İranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.





Milli fəalların saxlanılmasının 2014-cü ildə keçirilən Beynəlxalq Ana Dili Günü mərasimi ilə bağlı barələrində çıxarılan həbs və sürgün qərarı ilə əlaqədar olduğu ehtimal edilir.





Yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdi.

Azərbaycanlı fəalların apelyasiya məhkəməsi 2019-cu il dekabrın 23-də hakim Babayinin sədrliyi ilə keçirilmişdi.





Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildirmişdilər. Azərbaycanlı fəallar vurğulamışdır ki, məhkəmənin verdiyi qərar İran İslam Respublikasının qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.





Adlarını çəkdiyimiz fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaq”da günahlandırılaraq toplam 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər. Belə ki, Əlirza Fərşi 15 il həbs və 2 il sürgün, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı isə hər biri 10 il həbs və 2 il sürgün cəzası ilə üzləşmişdilər.

Geri dön