Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda 1500 tibb işçisi koronavirusa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda 1500 tibb işçisi koronavirusa yoluxub

Şərqi Azərbaycanda 1500 tibb işçisi koronavirusa yoluxub


Bu barədə, Təbriz Tibb Universitetinin rektor müavini Abbasəli Dürüsti məlumat verib.





Dürüsti koronavirusun yayılmağa başladığından etibarən Şərqi Azərbaycan əyalətində 3 həkimin və 2 digər səhiyyə sistemi əməkdaşının dünyasını dəyişdiyini bildirib.





Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Səhiyyə Xidmətinin rəhbəri Məhəmməd Hüseyn Somi əyalətdə 3 həkim və 4 tibb bacısının koronavirusdan öldüyünü açıqlamışdı.





Dürüstinin verdiyi məlumata əsasən, Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxan tibb işçilərinin 10 faizini həkimlər və 70 faizini tibb bacılar təşkil edir.





Rəsmi açıqlamalara görə, Şərqi Azərbaycanda 27 min tibb işçisi fəaliyyət göstərir.

Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar.

Geri dön