Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 219 nəfər koronavirusdan ölüb, 2586 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 219 nəfər koronavirusdan ölüb, 2586 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

İranda daha 219 nəfər koronavirusdan ölüb, 2586 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb


Bu barədə iyulun 22-də mediaya açıqlamasında məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 14 min 853 nəfərə, pandemiya xəstəliyinə yoluxanların ümumi sayı isə 281 min 413 nəfərə yüksəlib.


Sima Sadat Larinin bildirdiyinə görə, bu günə qədər 244 min 840 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3609 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 14 853 nəfərə, yoluxanların sayının isə 281 413 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyədək “Covid-19” infeksiyasından ölənlərin sayının 75 500 nəfəri keçdiyini, 4 milyondan çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

Geri dön