Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mazandaran əyaləti koronavirusa yoluxma baxımından qırmızı vəziyyətdədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Mazandaran əyaləti koronavirusa yoluxma baxımından qırmızı vəziyyətdədir

Mazandaran əyaləti koronavirusa yoluxma baxımından qırmızı vəziyyətdədir


Bu barədə, Mazandaran əyalətinin valisi Əhməd Hüseyn Zadəgan mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, əksər şəhərləri fövqəladə hal vəziyyətində olan Mazandaran əyaləti, ölkənin bu baxımdan qırmızı vəziyyətdə olan 10 əyalətindən biridir: “azırda Mazandaranın 13 şəhəri, o cümlədən də Sari, Behşəhr və Amol şəhərləri koronavirusun geniş yayılması baxımından qırmızı vəziyyətdədir. Elə buna görə də, əhaliyə tövsiyə edirik ki, gigiyena qaydalarına riayət etsinlər.


Mazandaranda Koronavirusla Mübarizə Qərargahının qərarına əsasən, bu gündən başlayaraq 10 günə kimi Sari şəhərinin bazarı və mağazalar, eləcə də bir sıra digər ictimai məkanlar bağlı olacaq” -deyə, Mazandaran valisi Əhməd Hüseyn Zadəgan əlavə edib.


Həmçinin Mazandaran Tibb Univesitetinin rektoru Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında əyalətdə koronavirusla bağlı son vəziyyətdən danışıb.


Rektor deyib ki, Mazəndaranda son 24 saat ərzində virus daşıyıcısı olmaqda şübhəli bilinən daha 332 nəfər əyalətin müxtəlif xəstəxanalarfına yerləşdirilib: “Həmin müddət ərzində 300 nəfər də xəstəxanalardan evə buraxılıb və həmin şəxslər öz müalicəsini evdə davam etdirəcəklər.


Hazırda isə, Mazandaran əyalətinin müxtəlif şəhərlərində “Covid-19” infeksiyasına yoluxan 1541 nəfər xəstəxanalarda müalicə alırlar. Təəssüflər olsun ki, Babol xəstəxanalarında koronavirusa yoluxmaqda şübhəli bilinərək müalicə alanlar arasında 18 uşaq da var” -deyə, Mazandaran Tibb Univesitetinin rektoru Seyid Abbas Musəvi bəyan edib.

Geri dön