Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirus infeksiyası səbəbindən UFC-nin daha bir döyüşü ləğv edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Koronavirus infeksiyası səbəbindən UFC-nin daha bir döyüşü ləğv edilib

Koronavirus infeksiyası səbəbindən UFC-nin daha bir döyüşü ləğv edilib


Mütləq Döyüş Çempionatının (UFC) “Fight Night 173” turniri çərçivəsində avqustun 2-də keçirilməsi planlaşdırılan qadınlar arasında əsas yarış ləğv edilib.

Bu barədə UFC rəhbəri Dana Uayt “Instaqram”dakı səhifəsində məlumat verib. Məlumatda bildirilib ki, yarışın iştirakçılarından biri - yüngül çəkidə UFC-nin keçmiş çempionu, meksikalı MMA ustası İrene Aldana koronavirus infeksiyasına yoluxduğu üçün turnir baş tutmayacaq. İ.Aldana amerikalı döyüşçü Helli Holm ilə döyüşməli idi. Döyüşün avqustun 2-nə keçən gecə Las-Veqasda keçirilməsi planlaşdırılırdı.

UFC-də 18 döyüş keçirən 38 yaşlı H.Holm bu qarşılaşmaların 13-də qalib gəlib, 5 dəfə məğlub olub. Otuz iki yaşlı İ.Aldana isə 17 döyüşün 12-də qələbə qazanıb

Geri dön