Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MƏNSURƏ QAÇAYQIZI: -VƏTƏN SEVGİSİNİN ÖLÇÜSÜ OLMAZ....
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > MƏNSURƏ QAÇAYQIZI: -VƏTƏN SEVGİSİNİN ÖLÇÜSÜ OLMAZ....

MƏNSURƏ QAÇAYQIZI: -VƏTƏN SEVGİSİNİN ÖLÇÜSÜ OLMAZ....


MƏNSURƏ QAÇAYQIZI: -VƏTƏN SEVGİSİNİN ÖLÇÜSÜ OLMAZ....

Müşahidə etdiyim bir məqam var ətrafımda, dostlarımda, tanığığım insanların simasında. Hamı çalışır, hamı öz cəbhəsində döyüşür. Tək özü üçün deyil, millət üçün döyüşür. Əslində özün üçün də döyüşmək elə millət üçün döyüşmək deməkdi. Çünki millət bizim tamlığımızdan ibarətdi. Hamının qarşılıqsız, təmannasız etdiyi bir şeylər var, vaxtından, zamanından, evindən, ailəsindən, kəsərək etdiyi bir şeylər var. Millət üçün... Bu kifayət qədərdi, bunu inkar etmək sadəcə kor olmaq deməkdi. Adamlar bacardıqlarını ortaya qoymağa çalışır, bu nə dərəcədə alınır bu məsələnin başqa bir tərəfidi. Və bunun qarşılığında...
Təbii ki, hər bir məsələnin qarşısında ona əks tərəf dayanır və sən bu məsələnin həllini tapmağa çalışırsan. Hər döyüşü qalibiyyətə hesablamalısan. Və bunun üçün yollar aramalısan.
Yeganə bir nuansdı ki, insan irqini, cinsini, milliyətini, ailəsini seçmək iqtidarında deyil. Kiməsə sən niyə bu millətin nümayəndəsisən, sən niyə ağ dərili deyil qara dərilisən, sən niyə Əlinin oğlu deyil Vəlinin oğlusan deyə sual verilə bilməz. Bunlar bizə verilənlərdi, biz bunları seçmirirk. Və biz nə xoşbəxtik ki, məhz türk millətiyik, nə xoşbəxt ki, Vətənimiz Azərbaycandı...
Amma Vətənimizlə qürur duymaqla bərabər bizə verilən bu tanrı payınının qədrini bilirikmi? Harda səhvlər edirik, səhvlərimiz nədən ibarətdi? Insanın özünə bir vicdan hesabatı var. özü qarşısında, ailə, cəmiyyət qarşısında, millət, vətən qarşısında... Elədiklərimizin hesabatını aparırıqmı? Yəqin ki, düzgün aparmırıq. Hardasa buraxdığımız kiçicik bir səhv bizi illərlə geriyə sala, uçuruma apara bilər. Tək özümüzü yox, hər bir səhvimizin acısın tək biz çəkmirik. Kiçik bir səhv millətin qurulmuş qalasından bir kərpic qoparmağa bənzəyər bu, halbuki biz o müqəddəs kərpicin üzərinə bir kərpic də qoymalıyıq. Bu kərpici qoymaq isə sevgi istər, vətən, millət sevgisindən irəli gələr. Siz fikir verdinizmi millət sevgisi olan adamların içində bir nur var, o nur gözlərinə vurar, o işığı paylaşmağa çalışarlar... Sevgi bir-birimizi sevmək və dayaq olmaq. Insanı küsdürməyə nə var ki....
Bu yaxınlarda focebook səhifəmə belə bir məktub gəldi: xanım profilinizə baxdım, siz yazar, nələr etmədi mənim dədələrim Azərbaycan üçün, didərgin saldılar, Almaniyada doğuldum, Almaniyada böyüdüm, Azərbaycan kəlməsini hər gün eşitdim, Azərbaycan dilini danışdım, Azərbaycan xörəkləri yedim. Burnumun ucu göynəyir Azərbaycan üçün.- soruşdum, bəy kimdi sizin dədələr? - səhifəsi qapandı mənə, tapa bilmədim o adamı. Çox axtardım, görünmədi o adam. Bircə cümləsi qaldı – Azərbaycan üçün burnumun ucu göynəyir... Nə qədər ağrılı, axı niyə? Niyə Vətənini sevən bir insan vətəndən uzaqda olmalıdı, kimdədi günah?
Siz heç arı ailəsini müşahidə etmisinizmi? Mən də etməmişdim. Amma dəyərli dostlarımdan biri arı ailəsi haqqında bir şeylər danışdı mənə. Sən demə arıların anasını öldürən zaman- yəni ana arını ödürən zaman – bala arılar o məkanı tərk edərlər. Qalmırlar həmin yerdə. Arılar təbii ki, o çiçəyi də tapa bilərlər, həmin məkan, həmin hava, amma ananı tapa bilməzlər. Eynilə Vətən ana... Biz türklərdə Vətən sevgisi çox böyükdü, çox... ölçüsü yoxdu bu sevginin, ölçüyə sığmaz bu sevgi ... Vətəni sevənləri qoruyun, onlar Vətəni tərk edərsə Vətən ölər, inanın ölər... Bir-birinizə dəyər verin, dəstək olun. O zaman kimsə Vətəni öldürə bilməz... Vətəni ölməyə qoymayın...

02 noyabr 2012-ci il.

Geri dön