Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suriya səmasında Amerika qırıcısı ilə İran təyyarəsi arasında təhlükəli anlar yaşanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Suriya səmasında Amerika qırıcısı ilə İran təyyarəsi arasında təhlükəli anlar yaşanıb

Suriya səmasında Amerika qırıcısı ilə İran təyyarəsi arasında təhlükəli anlar yaşanıb


ABŞ-ın Yaxın Şərqdə Mərkəzi Komandanlıq Qərargahının yaydığı bəyanata görə, qırıcı bölgədə olan amerikalı hərbçilərin təhlükəsizliyindən əmin olmaq üçün sərnişin təyyarəsinə yaxınlaşıb.


Bildirilir ki, sərnişin təyyarəsi ABŞ hərbçilərinin bölgədə qərarlaşdığı bazalardan birinə həddən artıq yaxınlaşdığından, havaya xəbərdarlıq olaraq F-15 qırıcısı qaldırılıb, obyektiv aşkarlanması işi həyata keçirilib.


Bəyanatda əməliyyat zamanı bütün təhlükəsizlik tədbirlərinin qorunduğu və təyyarəyə ziyan dəyməməsi üçün qırıcının onunla 1000 metr məsafə saxlandığı qeyd edilir. Obyektin adi sərnişin təyyarəsi olduğu aydınlaşandan sonra qırıcı bazaya qayıdıb.


Xatırladaq ki, dünən gecə İran mediası Beyruta uçan "Mahan Air"in təyyarəsinə 2 qırıcının yaxınlaşması barədə məlumat yaymışdı. Lakin pilot bir neçə saat sonra etdiyi açıqlamada onun ABŞ qırıcısı olduğunu demişdi.


Bəzi məlumatlarda bildirilir ki, qırıcı yaxınlaşan zaman pilotun qəfil manevr etməsi səbəbindən bir neçə sərnişin yüngül yaralanıb.


İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi bu gün məsələyə bildirdiyi münasibətdə araşdırmaların aparıldığını, eləcə də zəruri siyasi və hüquqi addımların atılacağını deyib.


"İrna" agentliyi isə yaydığı xəbərdə İranın hadisəyə görə BMT-yə etiraz məktubu göndərəcəyini bəyan edib.

Geri dön