Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Təhlükəsizlik qüvvələri milli fəallar Əlirza Fərşi və Behnam Şeyxiyə qarşı güc tətbiq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran Təhlükəsizlik qüvvələri milli fəallar Əlirza Fərşi və Behnam Şeyxiyə qarşı güc tətbiq edib

İran Təhlükəsizlik qüvvələri milli fəallar Əlirza Fərşi və Behnam Şeyxiyə qarşı güc tətbiq edib


Hazırda Tehranın Evin həbsxanasında olan milli fəallar ailələri ilə əlaqə saxlayaraq bu barədə məlumat veriblər.





Əlirza Fərşi və Behnam Şeyxinin verdiyi məlumata əsasən, onlar saxlanılmaları barədə çıxarılan hökmün göstərilməsini tələb edib, lakin təhlükəsizlik qüvvələri bundan imtina ediblər. Milli fəallar məmurlara qarşı müqavimət göstərsə də təhlükəsizlik qüvvələri güc tətbiq edərək onları həbs edib.





Əlirza Fərşi iyulun 21-də axşam saatlarında evinə qayıdarkən, Behnam Şeyxi isə eyni gündə Tehranın “İnqilab” meydanında tutuqlanıblar. Fəallar iyulun 22-də ailələri ilə əlaqə saxlayaraq Evin təcridxanasının 4-cü korpusunun karantin bölümündə olduqlarını bildiriblər.

Güney azərbaycanlı tədqiqatçı və tərcüməçi Mehdi Səlimi və iyulun 21-də həbs edilən Həmid Mənafi Nadarlı da hazırda həmin bölümdə saxlanılırlar.





Yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Azərbaycanlı fəalların apelyasiya məhkəməsi 2019-cu il dekabrın 23-də hakim Babayinin sədrliyi ilə keçirilmişdi.





Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildirmişdilər. Azərbaycanlı fəallar vurğulamışdır ki, məhkəmənin verdiyi qərar İran İslam Respublikasının qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.





Adlarını çəkdiyimiz fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaq”da günahlandırılaraq toplam 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər. Belə ki, Əlirza Fərşi 15 il həbs və 2 il sürgün, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı isə hər biri 10 il həbs və 2 il sürgün cəzası ilə üzləşmişdilər.

Geri dön