Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda qadın haqları fəalı 4 il 8 ay həbsə məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda qadın haqları fəalı 4 il 8 ay həbsə məhkum edilib

İranda qadın haqları fəalı 4 il 8 ay həbsə məhkum edilib


Bu barədə o, özü "Twitter" səhifəsində məlumat yayıb.


Fəalın sözlərinə görə, Ukrayna təyyarəsinin vurulmasına etiraz olaraq Əmir Kəbir Universitetinin qarşısında təşkil edilmiş aksiyada iştirakına görə 4 il, "sistem əleyhinə təbliğat" və "Twitter"də yazdığı statuslara görə isə 8 ay həbsə məhkum edilib.


İranın Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, Bəharə Hidayət 4 ildən tez azadlığa çıxa bilməyəcək.


Məhkəmənin hökmü ilə həmçinin fəala 2 il siyasi qruplarda üzlük qadağan edilib. Bunda başqa, məhkəmə onun 3 ay müddətində yaşlılar evində məcburi qaydada ictimai işlərə cəlb edilməsinə qərar verib.


Xatırladaq ki, Bəharə Hidayət fevral ayının 10-da Tehran Universitetinin Mühafizə İdarəsinə çağırılmış, orada isə təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdu. O, bir müddət sonra 300 milyon tümənlik mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılmışdı.


Bəharə Hidayət 2009-cu ildə prezident seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilmiş etiraz aksiyalarında iştirakına görə də "prezidenti təhqir etmə", "dini lideri təhqir etmə" və "milli təhlükəsizlik əleyhinə fəaliyyət" kimi ittihamlarda günahlandırılaraq, 7 il yarım həbsə məhkum edilmişdi. Fəal 2017-ci ildə məhkumluq dövrünü başa vurduqdan sonra azadlığa çıxıb.

Geri dön