Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı deputat nüvə mərkəzlərində sızma ilə bağlı xəbərdarlıq edib
İranlı deputat nüvə mərkəzlərində sızma ilə bağlı xəbərdarlıq edib |
Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü olan və "Sepah"ın Kəşfiyyat İdarəsinə yaxınlığı ilə tanınan Qüddüsi bu barədə "Twitter"də yazıb.
O, nüvə mərkəzlərinin mühafizə xidmətlərini yeni avadanlıqlar gələn zaman onları xüsusi diqqətlə yoxlamağa çağırıb. Deputatın iddiasına görə, "düşmən" öz "casusların" ya podratçı, ya da layihə icraçısı kimi nüvə mərkəzlərinə göndərərək məlumat toplayır. Cavad Kərimi Qüddüsi bir neçə gün əvvəl də nüvə mərkəzlərinə sızmalarla bağlı oxşar fikirlər səsləndirmişdi. Onun keçmişdə də analoji çıxışlarını nəzərə aldıqda, İranın Nətənz nüvə təsisatında baş vermiş müəmmalı qəza ilə bağlı yeni ssenari hazırladığını demək olar. İran hökuməti iyulun 2-də Nətənzdə qəza baş verməsini təsdiqləsə də, hələlik onun səbəbləri barədə detalları açıqlamayıb. Bir neçə gün əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası hadisənin detallarının məlum olduğunu, lakin təhlükəsizlik məsələlərinə görə hələ ki, açıqlanmadığını bildirib. Amma ötən günlər ərzində Qərb mediasında hadisənin arxasında İsrailin xüsusi xidmət orqanlarının dayanmasına dair çoxsaylı xəbərlər dərc edilib. Geri dön |