Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 24 min nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 24 min nəfərə çatıb

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı 24 min nəfərə çatıb


Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib. O, bu rəqəmin artmaqda olduğunu da vurğulayıb.

Somi həmçinin COVID-19 virusunun qurbanlarının 980 nəfərə çatdığını deyib.

Onun sözlərinə görə, hazırda koronavirusa yoluxan 800 nəfər Şərqi Azərbaycan xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 60 yeni koronavirusa yoluxma faktı aşkar edilib.

Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, hazırda əyalətdə 433 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 57 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadə son 24 saatda əyalətdə daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib.





Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində isə dünən verilən məlumata görə 609 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 298 nəfərinin COVID-19 testi pozitiv çıxıb.





Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 706 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 153 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə Ağazadə qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 36 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 7 min 935 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 8 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 291 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 159 nəfərinin tam sağaldığını bildirib.





Qızılbaş həmçinin qeyd edib ki, hazırda 521 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Həmədan əyalətində də Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 884 nəfərə çatıb.

Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 340 nəfərə çatdığını bildirib.

Geri dön