Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kirman əyalətində koronavirusla bağlı vəziyyət pik nöqtəyə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Kirman əyalətində koronavirusla bağlı vəziyyət pik nöqtəyə çatıb

Kirman əyalətində koronavirusla bağlı vəziyyət pik nöqtəyə çatıb


Bu barədə, Kirman Tibb Universitetinin sözçüsü Mehdi Şəfiyi iyulun 25-də mediaya açıqlamasında məlumat yayıb.


O bildirib ki, Kirman əyalətinin müxtəlif şəhərlərində son bir sutka ərzində daha 10 nəfər koronavirusdan vəfat edib, 59 nəfər xəstəliyə yoluxub: “Bununla da Kirmanda indiyədək “Covid-19” infeksiyasından ölənlərin sayı 379 nəfərə, pandemiya xəstəliyinə yoluxanların sayı isə 3464 nəfərə yüksəlib.


Kirman əyalətinin xəstəxanalarında artıq boş çarpayı qalmayıb. Koronavirusla mübarizə aparan əyalətin tibbi personalı artıq yorulub, çoxları da xəstələri müalicə edərkən virusa yoluxublar. Məhz buna görə də, əyalət sakinlərindən xahiş edirik ki, gigiyena qaydalarına riayət etməklə koronavirusa yoluxmanın qarşısını alsınlar” -deyə, Kirman Tibb Universitetinin sözçüsü Mehdi Şəfiyi əlavə edib.

Geri dön