Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın “Qum Təpə” səhrası son nəfəslərini verir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanın “Qum Təpə” səhrası son nəfəslərini verir

Azərbaycanın “Qum Təpə” səhrası son nəfəslərini verir


Məlumata əsasən, Güney Azərbaycanın yeganə səhrası olan Qum Təpə həddən artıq qum istehsalı nəticəsində tamamilə məhv olmaq astanasındadır.





Son 10 il ərzində fürsətçilər gəlir əldə etmək məqsədi ilə lisenziya alaraq bu tarixi məntəqənin qum və çınqılını daşıyıb onu sıradan çıxarıblar. Azərbaycanlı ətraf mühit fəallarının etirazlarına baxmayaraq Ətraf Mühit Təşkilatı bu talançılığın nəyinki qarşısı almayıb, ona şərait yaradıb. Qum Təpənin təxminən 6 kvadrat kilometr sahəsi olub.





May ayında sosial şəbəkələrdə yayılan bir videoreportajda təpədən sadəcə neçə kvadrat metrlik kiçik bir sahə qaldığı göstərilmişdi.





Sözügedən təpə Təbriz və Sofiyan şəhərlərinin arasında yerləşir. Ekspertlərin fikrincə, bu məntəqəni bölgənin əsas turizm mərkəzlərindən birinə çevirmək mümkün idi. Bunun üçün bütün təbii və coğrafi şərait mövcuddur.

Geri dön