Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Kərimlinin erməni dəstəkçisi Sevinc Osmanqızını müdafiə etməsinin ilginc səbəbləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Əli Kərimlinin erməni dəstəkçisi Sevinc Osmanqızını müdafiə etməsinin ilginc səbəbləri

Əli Kərimlinin erməni dəstəkçisi Sevinc Osmanqızını müdafiə etməsinin ilginc səbəbləri


Fərəc Quliyev: “Onları kimsə bu zibillikdən xilas edə bilməz”

Jurnalist Sevinc Osmanqızının Amerikadan yayımladığı onlayn tv-də erməniləri açıq şəkildə müdafiə etməsinə Azərbaycan ictimaiyyətindən sərt təpki verdi. İyulun 12-dən etibarən Ermənistanın Tovuzda təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda xanım jurnalistin ən azından atasının şəhidliyini unudub məlum ermənipərəst mövqe sərgiləməsi hiddət doğurub.

Paralel olaraq bir fakt da ortaya çıxıb: AXCP sədri Əli Kərimli və onun çevrəsi S.Osmanqızını canfəşanlıqla müdafiə edir. Bu işə onun trol ordusu da cəlb olunub. Hər kəs Sevincin verilişi tənqid və boykot etdiyi vaxtda Kərimli cəbhəsi onu cani-dildən müdafiə edir.
Buna səbəb kimi onun Amerikada Kərimlinin həm də makleri funksiyasını yerinə yetirdiyi barədə iddialar da var.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev məsələyə bir aspektdən yanaşmağın tərəfdarı deyil: “Nə qədər qəribə olsa da, bu proses bir-iki adamın fəaliyyəti kimi görünməli deyil. Fikir verin, xeyli əvvəl ermənilərin mövqeyini müdafiə edənlər tapıldı. Seymur Həzi də müdafiə etdi, ondan əvvəl də Mehman müdafiə etmişdi. İndi də Sevinc Osmanqızı bu cür mövqe sərgilədi. Hadisələr Tovuzda başlayanda Əli Kərimlinin bir çıxışı var idi. Orada Azərbaycan dövləti ciddi şəkildə ittiham olunur. Hələ savaş təzə başlamışdı, amma orada Azərbaycan tərəfi məğlub kimi göstərməyə çalışırdı Çünki ona belə bir fikir bildirmişdilər ki, bu savaşda mütləq erməni tərəf qalib gələcək. Siz diqqət edin, o aspektdən çıxışlar var. Onun iyulun 13-dəki çıxışına baxın. Bundan iki gün sonrakı çıxışda Əli Kərimli tamam fərqli danışır. Gördü ki, tamamilə fiaskoya uğradı. Ortaya çox ciddi ittihamlar qoyulmuşdu ki, Azərbaycan tərəfi döyüşə hazırlıqsız əsgərlər göndərir, Azərbaycanın peyk imkanları var, amma dəqiq vura bilmir, 2016-cı ildən fərqli bir vəziyyətdir, vətənpərvərlik yoxdur. Lakin bu deyilənlər tamamilə fiaskoya uğradı. Savaş getdikcə ölkəmiz düşmənin dəqiq hədəflərini vurdu. Silahlı PUA-lardan istifadə etdiyimizi hər kəs gördü. Önə hazırlıqsız əsgərlər göndərilmir. Şəhidlərimizin arasında yüksək rütbəli hərbiçilər oldu. Hərçənd ki, onların arxa cəbhədə olmaq imkanları var idi. Vətənpərvərlik hissi ilə insanlar meydanlara ölkə daxilində və xaricində çıxdılar, 50 mindən çox insan səfərbərliklə bağlı müraciət etdi.

Bütün bunlardan sonra çaşqınlıq yarandı. Milli Şura və “Yurd” birliyinə (AXCP) vəd verilmiş Azərbaycanın məğlubiyyəti baş tutmadığına görə tamam başqa bir aspektdən çıxış etməyə başladılar ki, hökumətin gözü arxada qalmasın, biz də sizinləyik, insanlar vətənpərvərlik nümayiş etdirirlər. Güclü siyasətçilər tək qaldıqda belə öz prinsiplərindən dönmürlər. Milli maraqlardan çıxış edəndə baxmırlar ki, hansı dövlət üzərlərinə gələcək, bu hansı dövlətə xeyir və ya zərər edə bilər. Bunlar hazırlanmış bir qrupdur. 2013-cü ildən onlar ifşa olunublar. Bu gün Əli Kərimlinin Sevinc Osmanqızını müdafiə etməsi, trol ordusunun canfəşanlıq etməsi ondan irəli gəlir ki, bu komanda oyunudur, tək-tək adamların iradəsi deyil. Bəzən siyasətçilər və jurnalistlər bir məsələni nəzərdən qaçırıb, Milli Şuranı və “Yurd”u Qərbdən dəstək alanlar kimi qəbul edirlər. Amma əslində belə deyil. Vaxtı ilə PKK Türkiyəyə qarşı SSRİ tərəfindən yaradılıb. Bu gün SSRİ yoxdur, amma PKK var və ondan hər kəs istifadə edir, sonra kənara atır. Milli Şura da Rusiya tərəfindən yaradılıb. Müxtəlif dövlətlər ondan istifadə etsələr də, ona güvənmirlər.

Bir şəhid qızının bu cür mövqe sərgiləməsinin ondan o tərəfə həddi yoxdur. Onların maliyyə məsələləri Amerika, Avropada və Azərbaycanda oturmalarına baxmayaraq, dolayısı ilə o qurumlardan, QHT-lərdəndir ki, mütləq ermənilərin əlindədir. Diqqət edin, Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra təyin etdiyi kadrların bir qismi SOROS-un təmsilçiləri idi, xaricdən gətirmişdilər. Xaricdən maliyyə qaynaqlarını erməni təsiri altında olan donor QHT-lər verirlər. Sifarişi da onlar verirlər. İndi burada bu qurumun, liderciklərin davranışlarının altında o yatır ki, onların ipi öz əllərində deyil. Onlara bu cür sifariş verirlər, ona görə də bu cür danışmalıdırlar. Əslində onlar həqiqəti bilirlər. Əli Kərimlinin 13 və 15 iyul tarixindəki müsahibələri bunu göstərir. Sadəcə olaraq bu insan maşadır. Onlara komanda şəklində fəaliyyət göstərmələri barədə tapşırıq verilib. Sevinc Osmanqızı bu şəkildə müdafiə olunursa, bu, onların qarşı cəbhədə olduğunu göstərir. Ağaları yəqin deyir ki, öhdəliyiniz var, biz sizi saxlayırıq, xidmət vaxtıdır, xidmətinizi edin. Mətbuata bir müraciət göndərmişəm. Orada da göstərmişəm ki, necə ki, ermənilər Azərbaycanda dezinformasiya yaymaqla məşğul idilər, ordumuzu zəif göstərməyə çalışırdılar. Eyni çıxışları ayın 13-dən bunlar etməyə başlayıblar. Bunlar üst-üstə düşən məsələlərdir. İndi müdafiə mövqeyinə çəkilib erməniləri haqlı çıxarmağa çalışırlar. Bütün bunlar onların tamamilə ifşa olunması deməkdir. Bunların tarixin zibilliyinə getmək üçün yolları açıqdır. Onları kimsə bu zibillikdən xilas edə bilməz”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Geri dön