Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Koronavirus Güney Azərbaycanda can almağa davam edir
Koronavirus Güney Azərbaycanda can almağa davam edir |
Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, hazırda əyalətdə 432 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 57 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
Həbibzadə son 24 saatda əyalətdə daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib. Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində isə 550 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 287 nəfərinin COVID-19 testi pozitiv çıxıb. Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 716 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 150 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 42 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə qeyd edib. Zəncan əyalətində də son 24 saatda daha 32 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 8 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib. Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 8 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 299 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 187 nəfərinin tam sağaldığını bildirib. Qızılbaş həmçinin qeyd edib ki, hazırda 515 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır. Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində də son məlumata əsasən, COVID-19 virusuna yoluxanların ümumi sayı 24 min nəfərə, bu xəstəlikdən ölənlərin sayı isə 980 nəfərə çatıb. Həmədan əyalətində isə Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin dünən verdiyi məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 884 nəfərə çatıb. Kərəmi Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayının 340 nəfərə çatdığını bildirib. Geri dön |