Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > QHT-lərin qeydiyyat probelmlərinə səbəb nədir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > QHT-lərin qeydiyyat probelmlərinə səbəb nədir?

QHT-lərin qeydiyyat probelmlərinə səbəb nədir?


Bununla bağlı Ədliyyə Nazirliyinə qarşı məhkəmələrdə iddiaların sayı artıb

“Demokratik Təsisatlar və İnsan Hüquqları" İctimai Biriliyi ABŞ səfirliyinin demokratiya komissiyasının kiçik qrantlar proqramı çərvəsində “Qeydiyyatdan keçməyən QHT-lərin məhkəmlərdə müdafiəsinin təşkili” layihəsini icra edir.

Layihənin eksperti, hüquqşunas Yaşar Ağazadənin verdiyi məlumata görə, layihənin əsas məqsədi QHT-lərin dövlət qeydiyyatına alınması üçün qeydiyyat sənədlərinin hazırlanması, qeydiyyata alınmayan QHT-lərin məhəkəməyə müraciət üçün iddialarının hazırlanması və müdafiəsilə bağlıdır: “Layihənin icra olunduğu 6 ay müddətində 100-ə qədər QHT hüquqi xidmət göstərilməsi üçün Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Biriliyinə müraciət edib. Onlardan 45 təşkilat dövlət qeydiyyatına alınmaq üçün təkrar müraciət edib. Hazırda 23 iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, 7 iş Baki Apellyasiya Məhkəməsinin, 4 iş isə Ali Məhkəmənin icraatındadır”.

Müsahibimizin sözlərinə görə, yaxın günlərdə daha 4 iş Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediləcək: “Çox təəssüflə qeyd etməliyik ki, məhkəməyə müraciət edən təşkilatlar arasında elələri var ki, həmin QHT-lər iki il müddətində dövlət qeydiyyatına alınması məqsədilə 8-10 dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Lakin Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti İdarəsi hər dəfə müxtəlif səbəblərlə təşkilatın qeydiyyata alınmasından imtina edib. Bu onu təsdiq edir ki, müvafiq icra hakimiyyəti orqanı olaraq Ədliyyə Nazirliyi vətəndaşların birləşmək azadlığı hüququnun maneəsiz təmin olunmasında, vətəndaş cəmiyyəti institutunun inkişaf etdirilməsində, müstəqil QHT-lərin yaranmasında maraqlı deyil. Müşahidələr onu da təsdiq edir ki, öz növbəsində məhkəmələr vətəndaşların yuxarıda göstərilən hüquq və azadlıqlarının təmin olunmasına, Ədliyyə Nazirliyinin imtinalarının qanunsuz hesab olunmasına səy göstərmir”.

Y.Ağazadənin məlumatına görə, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Biriliyi “Qeydiyyatdan keçməyən QHT-lərin məhkəmlərdə müdafiəsinin təkşili” layihəsinin icra vəziyyətinə dair genişləndirilmiş dəyirmi masa təşkil edəcək və Azərbaycanda QHT-lərin qeydiyyata alınması məsələsində mövcud olan problemləri özündə əks etdirən hesabatını ictimaiyyətə açıqlayacaq.

Həsən Ağa

Geri dön