Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran hökumətində məhərrəm mərasimlərinin keçirilməsi ilə bağlı ixtilaf davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran hökumətində məhərrəm mərasimlərinin keçirilməsi ilə bağlı ixtilaf davam edir

İran hökumətində məhərrəm mərasimlərinin keçirilməsi ilə bağlı ixtilaf davam edir


Ölkənin Səhiyyə nazirinin müavini Əlirza Rəisi təmsil etdiyi qurumun mövcud epidomoloji vəziyyəti nəzərə alaraq, kütləvi toplaşma tələb edən bu cür mərasimlərin keçirilməsinə qarşı olduğunu deyib.


Onun sözlərinə görə, məhərrəm gecələrində tibbi tövsiyələr və sosial izolyasi tədbirlərinə riayət edilməsə, gələcək günlərdə ölkədə koronavirusa yoluxmada kəskin yüksəlmə qeydə alınacaq.


Rəisi qeyd edib ki, Səhiyyə Nazirliyi ümumiyyətlə qapalı məkanlarda hər cür tədbirlərin, eləcə də məhərrəm ayı mərasimlərinin keçirilməsinə qarşıdır.


Buna baxmayaraq, bu gün İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli keçirdiyi mətbuat konfransında məhərrəm mərasimlərinin tibbi tövsiyələyə maksimum riayət edilməklə keçirilə biləcəyini deyib.


O, buna əsas kimi dini camiənin "ərəfət duası" və Qurban bayramının fəzilətindən "bərəkətlənməsinin zəruri olduğunu" göstərib.


Lakin sözçü kütləvi toplaşma tələb edən bu cür mərasimlərdə tibbi tövsiyə və sosial izolyasiya tədbirlərinə hansı formada riayət ediləcəyi ilə bağlı açıqlama verməyib.


Qeyd etmək lazımdır ki, İranda son günlər ərzində yeni növ Covid-19 infeksiyasına yoluxma və xəstəlikdən ölmə halları kəskin dərəcədə yüksəlib. Bu günə olan rəsmi statistikalara əsasən, artıq virus qurbanlarının sayı 16 min nəfəri ötüb.

Geri dön