Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İnsan hüquqları üzrə fəaliyyət göstərən 12 təşkilat Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyiblər
İnsan hüquqları üzrə fəaliyyət göstərən 12 təşkilat Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyiblər |
Ərk və Hərananın təşəbbüsü ilə tərtib edilən bəyanat Əhraz (İranda azərbaycanlıların insan hüquqları dərnəyi), İranda Hamı Üçün İnsan Hüquqları, Bəluc Fəallar Kampaniyası təşkilatı, KMMK-G(İran Kürdüstanı İnsan hüquqları cəmiyyəti), Impact Iran, Üçüncü Sahə (Ərseye Sevvom), İran İnsan Hüquqları Cəmiyyəti, Açıq Beynəlxalq Təşəbbüs, Əbdürrəhman Burumənd Fondu və Siyamək Purzənd Fondu tərəfindən imzalanıb.
Bəyanatı imzalayan təşkilatlar Abbas Lisani barəsində çıxarılan hökmü pisləyərək azərbaycanlı türk fəallara göstərilən təzyiqləri qınayıblar. Həmçinin İran hökumətindən Abbas Lisaninin ailəsinə göstərilən təzyiqlərin dayandırlması tələb olunub. Bəyanatda fikir və ifadə azadlığına hörmət göstərilməsinin zərurəti vurğulanaraq İranda dinc yollarla Azərbaycan Türklərinin və digər etnik qrupların hüquqları uğrunda çalışan vicdan məhbuslarının qeyd-şərtsiz azadlığa buraxılmaları istənilib. “İran hakimiyyətini İrandakı dini və etnik qruplara qarşı ayrı-seçkiliyə dərhal son qoymağa və İranın beynəlxalq öhdəlikləri çərçivəsində onların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının təmin olunmasına çağırırıq,” deyə bəyanatda bildirilib. Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb. Xatırladaq ki, son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri, siyasi fəallar və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər. Geri dön |