Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan İranla əlbir olub Arazın qarşısını kəsməyə hazırlaşır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ermənistan İranla əlbir olub Arazın qarşısını kəsməyə hazırlaşır.

Ermənistan İranla əlbir olub Arazın qarşısını kəsməyə hazırlaşır.


2001-ci ildə Heydər Əliyevin iranlı naziri otaqdan qovmasına səbəb olan SES layihəsinin yaxın günlərdə gerçəkləşəcəyi açıqlandı

Ermənistan və İran yaxın günlərdə Azərbaycanla razılaşdırmadan Araz çayı üzərində Cənubi Qafqaz regionunda ən iri su-elektrik stansiyasının (SES) tikintisinə başlamağa hazırlaşır. Məlumatı Rusiyanın neftegaz.ru saytı yayıb. Xəbərdə bildirilir ki, bu layihənin həyata keçirilməsi ilə bağlı ciddi problem var və İranla Ermənistan bu problemi birgə aşmalı olacaqlar. Çünki Araz çayının suları Azərbaycan ərazisində Naxçıvan su anbarını doldurur və çayın üzərində Ermənistanla İranın inşa etməyə hazırlaşdığı yeni stansiya bu anbarın faktiki olaraq susuz qalmasına səbəb olacaq. Belə ki, SES üçün tikiləcək nəhəng su anbarından İran və Ermənistanın həmsərhəd ərazilərində suvarma uçun kanallar çəkmək planlaşdırılır.

Sayt qeyd edir ki, bu cür situasiya Özbəkistan və Tacikistan sərhədindən keçən Ronquns SES-in tikintisi ilə bağlı yaranıb və iki ölkə arasında vəziyyət gərginləşib, hətta hərbi münaqişə təhlükəsi yaranıb. Neftegaz.ru qeyd edir ki, indiki halda Araz çayı üzərində tikilməsi nəzərdə tutulan Mehri SES-lə bağlı Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinə görə mövcud olan vəziyyəti nəzərə almaq lazımdır.

Lakin Ermənistanın energetika və təbii ehtiyatlar naziri A.Movsesyan hesab edir ki, stansiyanın tikintisinə başlamaq üçün problem yoxdur: “Yaxın 10-15 gündə Ermənistanda stansiyanın tikintisi başlayacaq. Bununla bağlı bütün mövcud problemlər həll edilib və proqramın həyata keçirilməsi üçün heç bir maneə yoxdur”.

A.Movsesyan SES tikintisi ilə bağlı İran-Ermənistan hökumətlərarası komissiyasının həmsədridir. Bildirilir ki, investisiyanın əksər hissəsini İran yatıracağı üçün stansiyada hasil olunan elektrik enerjisi 15 il ərzində ancaq İrana çatacaq. Həmçinin stansiyanı İran şirkəti idarə edəcək. Ermənistan isə ancaq 15 ildən sonra bu stansiyadan elektrik almağa ümid edə bilər.

Xatırladılır ki, Araz çayı üzərində SES tikintisi layihəsi hələ 2001-ci ildən hazırlanıb, lakin indiyə qədər tikintiyə başlamaq mümkün olmurdu.

Araz çayı üzərində İranla Ermənistanın Azərbaycanla razılaşdırmadan SES tikmək planları vaxtilə prezident Heydər Əliyevin İranın enerji nazirini və səfirini ortaqdan qovmasına səbəb olmuşdu. 2001-ci ildə bu layihəyə dair razılaşmanın əldə olunmasının açıqlanmasından sonra Azərbaycanın o vaxtkı prezidenti İranın Bakıya səfərə gələn enerji nazirini qəbul etmişdi. H.Əliyev iranlı nazirə və onu müşayiət edən iranlı səfirə kifayət qədər sərt üslubda, hətta qeyri-diplomatik tərzdə xəbərdarlıq edib demişdi ki, Azərbaycan bu layihənin həyata keçirilməsinə imkan verməyəcək. H.Əliyev yumruğunu masaya vuraraq İranın Ermənistanla birgə Araz çayı üzərində SES tikmək planlarından hiddətləndiyini bildirmiş və görüşü yarımçıq tərk edərək naziri pərt vəziyyətdə qoymuşdu.

Lakin indi üstündən 11 il keçəndən sonra Ermənistan vaxtilə Qarabağın işğalında ona nəfəs verən İranla birlikdə həmin layihənin həyata keçirilməsi üçün “heç bir problem qalmadığını” elan edir. Ekoloqlara görə, Araz çayı üzərində iddia edildiyi kimi, regionda ən iri SES-in tikintisi suyu yay aylarında onsuz da kəskin azalan Araz çayının keçdiyi bölgələrdə ekoloji fəsada səbəb olacaq. SES tikintisinə İran-Ermənistan sərhədinin Azərbaycanın işğal altındakı Zəngilan rayonuna yaxın hissəsində başlamaq nəzərdə tutulur.

Bu layihənin 11 ildir hər dəfə təxirə düşməsinə məhz Azərbaycanın mümkün cavab tədbirləri mane olurdu. Qeyd olunmalıdır ki, Ermənistan tərəfinin stansiyanın tikintisinin nəhayət başlayacağına dair bəyanatı İranla Azərbaycanın münasibətlərində gərginliyin yaşandığı dövrdə baş verir.

Fərhad MƏMMƏDOV

Geri dön