Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İrəc Hərirçi: “73 milyon iranlı koronavirusla bağlı qırmızı vəziyyətdə olan bölgələrdə yaşayır”
İrəc Hərirçi: “73 milyon iranlı koronavirusla bağlı qırmızı vəziyyətdə olan bölgələrdə yaşayır” |
O deyib ki, sürətlə yayılmaqda olan “Covid-19” virusu ilə bağlı qırmızı vəziyyətdə olan bölgələrə Tehran əyaləti də daxildir: “Hazırda ölkənin 83 milyon əhalisindən 73 milyonu qırmızı və fövqəladə hal vəziyyətində olan 26 əyalətdə yaşayırlar. Yalnız 10 milyona yaxın əhalisi olan 5 əyalət qırmızı vəziyyətdə deyil.
Əgər xəstəliyə yoluxanların və infeksiyadan ölənlərin sayı durmadan artsa, hökumət müxtəlif sahələrə aid daha çox iş yerlərini, o cümlədən də idman mərkəzlərini, qadın salonlarını və şadlıq evlərini bağlamaq məcburiyyətində qalacaq. Təəssüflər olsun ki, bu günə qədər toy və yas mərasimlərinin azalmasının şahidi olmamışıq. Ölkə əhalisinin yalnız 60%-i maska taxır, 40%-i isə xəstəliyi ciddiyə almır. Bunları nəzərə alaraq, hesab edirəm ki, bizim cəmiyyətdə aparılan “Mən maska taxıram” kampaniyasının təsirini görmək üçün daha 1 ay vaxta ehtiyacımız var. Məhərrəmlikdə dini və əzadarlıq mərasimlərinin məhdudlaşdırılması məsələsinə gəlincə, Səhiyyə Nazirliyində İslami Təbliğat Təşkilatının rəisi və səhiyyə nazirinin iştirakı ilə bizim bir iclasımız keçirilib. İclasın isə əsas mövzusu, koronavirusa yoluxmanın qarşısının alınması məsələsi idi. İclasın yekun qərarına əsasən, əzadarlıq kimi məraimlər və əzadar dəstələrin küçələrə çıxması ləğv edilməlidir. Nəzərə almaq lazımdır ki, hər bir toplantının mahiyyəti və keçirilməsi Səhiyyə Nazirliyinin tövsiyə və qanunlarına zidd addımdır. Elə buna görə də düşünürük ki, əvvəlki illərdə olduğu kimi bu il təntənəli əzadarlıq mərasimlərinin keçirilməsi mümkün deyil. Bu kimi mərasimlərin hətta qapalı məkanlarda belə keçirilməsi qeyri-mümkündür. Çünki, İslamın tövsiyə və qanunlarına əsasən, müsəlmanların canını qorumaq ən mühün vacib əməllərdən biridir” –deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi əlavə edib. Geri dön |