Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həbsdə olan azərbaycanlı milli fəal İran məhkəmə sisteminin sədrinə açıq məktub ünvanlayıb
Həbsdə olan azərbaycanlı milli fəal İran məhkəmə sisteminin sədrinə açıq məktub ünvanlayıb |
Fərşi məktubda İran təhlükəsizlik qüvvələrinin onu həbs edən zaman güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlayıb, məsələ ilə bağlı şikayətçi olduğunu bildirib.
O həmçinin qeyd edib ki, həbs olunduğu gündən dəfələrlə tibbi ekspertiza mərkəzində yoxlanmaq və məmurların zorakılığından şikayət üçün müraciət etsə də zindan məsulları buna icazə verməyib. Keçən 20 il ərzində mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə “əcnəbi agenti, muzdlu, satqın, casus” olmaq kimi yalan ittihamlarla üzləşdiyini bildirən Fərşi əlavə edib ki, azərbaycanlıların mədəni tələblərinin düşmənləri və qeyri-fars millətlərin ana dillərinin məktəblərdə tədrisinə qarşı olanlar “insan vicdanına və şərəfinə zidd olan” hər hansı bir hərəkətə əl atmaqdan çəkinmirlər. Fərşi həmçinin daha əvvəl də dəfələrlə oxşar hadisələrlə qarşılaşdığı zaman şikayət etsə də heç bir nəticə əldə etmədiyini vurğulayıb. Vicdan məhbusu qeyd edib ki, öncəki təcrübələrinə əsasən, bu dəfə də heç bir məhkəmənin onun şikayətinə baxmasına ümidli deyil. Əlirza Fərşi iyulun 21-də axşam saatlarında evinə qayıdarkən İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təhlükəsizlik qüvvələri Əlirza Fərşi və həmin gün saxlanılan digər milli fəal Behnam Şeyxini həbs edən zaman onlara qarşı güc tətbiq edərək milli fəalları möhkəm döyüb. Yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib. Geri dön |