Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Türkiyə və Azərbaycanın hərbi sahədə bir yerdə olması zamanın tələbidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Türkiyə və Azərbaycanın hərbi sahədə bir yerdə olması zamanın tələbidir”

“Türkiyə və Azərbaycanın hərbi sahədə bir yerdə olması zamanın tələbidir”


Fərəc Quliyev: “Birgə təlimlər daha dərin inteqrasiya yolunda atılan ilkin addımlar kimi dəyərləndirilə bilər”

Bu gündən etibarən Türkiyə və Azərbaycan ordularının birgə təlimlərinə start verilib ki, bu da sadəcə regionda deyil, bütün dünyada böyük maraqla izlənməkdədir.


Moderator.az-a açıqlamasında məlum məsələyə münasibət bildirən sabiq millət vəkili Fərəc Quliyev, birgə təlimləri alqışlamaqla yanaşı, hərbi sahədə daha dərin əməkdaşlıq formalaşdırmağın vacibliyinə diqqət çəkdi:


“Mən illər öncə parlamentdə məsələ qaldırmışdım. Orada birgə asayişi mühafizə qüvvələri yaratmağın vacibliyinə toxunmuşdum. Bu təklif Türkiyə mətbuatında da geniş yayıldı. Bildirmişdim ki, belə olarsa, o zaman Qarabağda əməliyyat keçirilən zaman Türkiyə Azərbaycanın yanında olar.



1998-ci ildə “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabında Türkiyə və Azərbaycanın orta qdavranışlaır ilə bağlı fikirlərim yer alıb ki, bu fikirlər bu gün də olduqca aktualdır.

Heç nədən çəkinmədən, necə ki, Rusiya və Ermənistan ortaq ordu yaradıb, Türkiyə və Azərbaycan da ortaq ordu yasratmalıdır. Bu, Rusiya və Ermənistanın yaratdığı ortaq ordudan fərqlənər. Çünki biz bu ordunu təcavüz məqsədi ilə yaratmırıq. Ərazilərimizin müdafiə olunması məqsədi ilə yaradırıq.

Türkiyə ordusunun Azərbaycana gəlişi və birgə təlimlərin keçirilməsi bu inteqrasiya yolunda atılan ilkin addımlar kimi də dəyərləndirilə bilər. Ancaq bu münasibətlər daha da inkişaf etdirilməlidir.

Bu təlimlər həm də bütün dünyaya mesajdır. Bu, o deməkdir ki, Azərbaycanın təhlükəsizliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi isə Azərbaycanın təhlükəsizliyidir. Bu gün Ermənistandan müxtəlif məsələlərdə Türkiyəyə qarşı maşa kimi istifadə etməyə çalışırlar. Ermənistan Türkiyənin bri sıra torpaqlaırna qarşı açıq şəkildıə iddialar səsləndirir.

Biz Türkiyə ilə mədəni-iqtisadi münasibətləri hərbi sahəyə də keçirməliyik. Daha dərin inteqrasiya ilə bağlı iki dövlət arasında müqavilələr bağlanmalıdır. Türkiyə-Azərbaycan ordusu vahid ordu şəklinə gətirilməlidir. Bu münasibətlər inkişaf etdiriləndən sonra gələcəkdə Türkiyə və Azərbaycanın konfederasiya halında bir araya gəlməsi də mümkündür. Bir çoxları bunu bəzən müstəqilliyin itirilməsi kimi dəyərləndirirlər. Lakin federasiyadan fərqli olaraq, konfederasiyada heç bir müstəqillik itirilmir. Bugünkü münsibətlər bizi qane edir, lakin zaman tələb edir ki, Azərbaycan və Türkiyə daha dərin şəkildə, həm də hərbi sahədə bir yerdə olsun”.

Seymur ƏLİYEV

Geri dön