Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, DAVAMın yazıları > Seyfəddin Altaylı: - BAYRAMLAR...
Seyfəddin Altaylı: - BAYRAMLAR... |
Novruz (Әrgәnәqon) Bayramı milli xarakterlidir
Hәr bayram gәldikdә uşaqlığım, üstdәn bacalı çadır tipli möhrә evimiz, kәnd-kәsәyimiz gәlib gözümün önündә canlanır. Kәndimizdә әn müqәddәs bayram Novruz idi, daha düzü onun mәnası özgә idi. Orucluq vә Qurban bayramı da әn layiqli şәkildә qeyd edilirdi, ancaq Novruzun atmosferi tamamilә fәrqliydi. Novruz (Әrgәnәqon) Bayramı milli xarakterlidir, ancaq Qurban bayramı dini möhtәva daşıyır vә bәşәriyyәtin әn qәdim vaxtlarından bәri qeyd edilir. Qәdim Het, Şumer vә Akkadların mıxi mәtnlәrindә Tanrı üçün qurban tәqdimatına xüsusi yanaşmalar vardır. Konya şәhәrinin Çumra qәsәbәsi sәrhәdlәrindә olan vә dünyanın әn qәdim mәskunlaşmış yeri olan Çatalhöyükdәkilәrin qurban tәqdimi isә daha fәrqlidir. Onlar bizim ulu babalarımızdı. Hәr bir qәdim xalqda qurban tәqdim edilәn xüsusi mәkanlar digәr mәkanlara görә özәl xarakter daşıyır vә hәr qurban tәqdimatı kütlә qarşısında olurdu. Bundan qәrәz toplumu bir araya yığmaq vә ictimaiyyәtin fikrini bir nöqtәyә cәmlәşdirmәkdi. Bu sәpkidәn baxdıqda indiki bayramlarla eradan qabaqkı әn әski dövrlәrdәki bayramların mәnası vә mәqsәdi arasında hәrhansı dәyişikliyin olmadığı müşahidә olunur. Yer vә zaman, simalar, xarakterlәr, vasitәlәr vә s. dәyişmişdir, ancaq qurbanın mәnası vә mәqsәdi dәyişmәyibdir. Het vә Şumerlәrdә Tanrıya tәqdim olunan nәzir bәzәn bir tüstü, bәzәn şәrab, bәzәn qan vә göz nuru kimi sevilәn şeylәr ola bilirdi. Hәr iki xalqın etnogenezi, mәdәniyyәti ayrı-ayrı olsa da Tanrıya tәqdim olunan hәr bir şeyin daşıdığı mәna eynidir. Hәzrәti İbrahim oğlu İsmail peyğәmbәri Tanrıya qurban etmәk istәrkәn dә hәmin hisslәr vә anlayışdan çıxış etmişdi. İsmail Peyğәmbәr, atası İbrahimin onu Tanrıya qurban etmәk üçün apardığını bilirdi, şeytan ona xәbәrdarlıq elәmişdi, ancaq o heçbir qorxu-hürkü duymadan atasının yanına düşüb getmişdi vә üstәlik Tanrıya qurban üçün özünün seçildiyini bilә-bilә. İbrahim Peyğәmbәrin, “Ulu Tanrı әn sevdiyim şәyi sәnә qurban edәcәyәm” deyә söz verdiyi anda, qurbanını seçdiyi әqidә üçün tәqdim edәcәyini dә artıq müәyyәn etmişdi. Әn sevdiyi heyvanlarını qurban etmәk istәdikdә isә Tanrıdan gәlәn sәslә onların әn çox sevdiyi şeylәr olmadığını başa düşmüş vә axırda yeganә oğlu İsmaili hәr şeydәn çox sevdiyini anlamış vә nәhayәt onu qurban vermәk qәrarına gәlmişdi. Demәli İbrahim Peyğәmbәr müqәddәs әqidәsi üçün oğlunu qurban vermәk cәhdinә yönәlmişdi vә Ulu Tanrı da ona Cәbrail vasitәsilә bir qoç yollamış, qoçu kәsmәsini buyurmuşdu. Hәr qurbanda ümumiyyәtlә qoç kәsilmәsi adәti dә o hadisәnin yadigarıdır. Elimizdә-obamızda “filankәs filan şeyә özünü qurban” verdi deyәrkәn, o kәsin özü üçün әqidә seçdiyi şey üçün canından keçdiyini vurğulamaq istәyirlәr. Türklәrin dini anlayışı tarix boyu sәmavi xarakterli olub. Bizdә bütә pәrәstiş olmayıb, “türklәr politeist dini anlayışı mәnimsәmişdir” deyә iddia edәnlәrin heç biri düz demir. Türklәrin tarix boyu vahid sәmavi Tanrıya inanmasının mәnә görә әn önәmli sәbәbi vә dәlili, biz türklәrin Allahın ordusu olmağımızdandır, çünki hәmişә düz yolda yerimişik, mәzlumları qoruşumuş, zalımların isә kürkünә birә daraşdırmışıq. Tanınmış araşdırmaçı-yazıçı Murad Bardaqçı hardasa qırx il qabaq İsrailә jurnalist sifәtilә gedir. Bardaqçı, İsrail xarici işlәr nazirliyindә idarә sәdri işlәyәn İstanbuldan getmә Yusif adlı yәhudi ilә, Qüds küçәlәrindә tarixi yerlәri görmәk üçün 1972-ci ilin may ayının 12-ci günü birgә dolanır. Bir tin başında dayanıb heç kәsә fikir vermәyәn vә sanki yerә sancılmış bir şәkildә gözü üfüqlәrә zillәnmiş, üzündә min qırışığı olan qoca vә yekәpәr bir kişiyә rastlayır. Yusifә, bu kimdir görәsәn, deyә soruşsa da ondan, “ağlını itirmiş dәlinin biridir “ cavabını alır. Murad Bardaqçı qeyri iradi olaraq, “salam әleyk baba” dedikdә; üzündәki min qırışığın içindәn boylanan gözlәri, bir andaca işığa bürünәn qoca kişi; “әleyk salam oğul” deyә cavab verir vә aralarında belә bir dialoq yaranır: -Sәn kimsәn, baba? -Mәn, Qüds әlimizdәn getdiyi vaxt, qanun-qayda pozuntusuna yol verilmәsin deyә burada buraxılan 20-ci qolordunun 36-cı taborunun, 8-ci bölüyünün, 11-ci ağır makinalı tüfәng (plemyot) taqımı komandanı onbaşı Hәsәnәm. Sәnә bir amanatım var oğul. Neçә illәrdir ürәyimdә saxlamışam, onu yerinә çatdıra bilәrsәn? -Әlbәtdә baba, buyur sәni dinlәyirәm… -Yurda getdikdә yolun Tokat sancağına (Osmanlı vaxtında vilayәtә sancaq deyirdilәr) düşsә get, buranı mәnә әmanәt edib gedәn komandirim qolağası (Türk silahlı qüvvәlәrindә indi ona önyüzbaşı deyilir; ştabs-kapitan) Musa әfәndini taparsan. Әllәrindәn mәnim üçün öpәrsәn vә ona deyәrsәn ki; narahat olmasın, 11-ci makinalı taqım komandiri İgdirli Hәsәn onbaşı o gündәn üzübәri harda qoyubsansa orda keşik çәkir vә vәzifәsinin başındadır. Osmanlı padşahı Yavuz Sultan Sәlim 30 dekabr 1517-ci il tarixindә Qüdsü Osmanlı torpaqlarına daxil etmişdi. O gün yatsı namazını Qüdsdә orduyla birgә qılmışdı vә o әsnada düz 12 min şamdan yandırılmışdı. O gündәn sonra da oradakı mәçidin hәyәtinin adı xalqın dilindә on iki min şamdanlı hәyәt kimi qalıb vә yaşayır, yaşayacaqdı. İngilis qızılına aldanan Şәrif Hüseyn vә ona uyan әrәblәr Osmanlı ordusunu arxadan xәncәrlәdiyindә artıq Qüdsü әlimizdә tuta bilmәzdik vә bilmәdik. 9 dekabr 1917-ci il tarixindә Qüds, İngilis imperializminin caynağına keçdi. Bir an dayanın vә әrәb dünyasının indiki vәziyyәtini fikirlәşin, Әrәbistan kimindir, әrәbin yoxsa imperialistlәrin?! Şәrif Hüseyn hәm Әrәbistanı, hәm әrәblәri, hәm dә bizlәri İngilis qızılına qurban verdi. O qızıllar özünә dә qismәt olmadı, bilmirәm nә donunda o dünyaya köçdü, onu Allah bilir ancaq, oğlu Abdullahın xatirәlәrinә baxdıqda axırı heç dә yaxşı qurtarmayıb. Bәzәn öz-özümә fikirlәşib sual verirәm; nәyә görә bütün böyük peyğәmbәrlәr ancaq Orta Şәrq vә Yaxın Şәrqә yollanıb, xüsusilә Әrәb dünyasına? Cavabını xahiş edirәm siz tapın. Bu mübarәk gündә nәlәr tәlatüm etmir ki..!? Әrәb Yarımadası, әrәblәr, imperialist İngilislәrin bәşәriyyәtin başına açdığı bәlalar, bizә etdiklәri, öz ciblәrinin dolması üçün çıxartdıqları min cürә oyunlar, özlәrinә maşa etdiklәri xalqlardan yunanlar, әrәblәr, ermәnilәr, yәhudilәr vә s. Sadәcә olaraq onlar..? 1988-ci ildә maşınla dolana-dolana qalxıb hardasa göy sәmanın içindә itdiyimiz, dünyada tayı-bәrabәri olmayan Şuşa, tarixi Cıdır Düzü, İsa Bulağı, Cümә Mәçidi, Vaqifin Mәqbәrәsi. Bir tәrәfi yarğan olan Cıdır Düzündәn qayıdıb gәlәrkәn yolda bizim qrupda olan dostunu yolun qırağına çәkib; “Qardaş bu kafir oğlu kafirlәr bizim әlimizi-qolumuzu bağlayıblar, dığaları da üstümüzә qışqırdırlar. Bizimkilәr niyә kara-kora-lala dönüb. Belә getsә Şuşa әlimizdәn gedәcәk vә babalarımızın ruhu bizi bağışlamayacaqdı” vә bir-biri ardınca avtamat kimi saydığı digәr cümlәlәri qulaqlarımda cingildәyir. Xankәndi, Әsgәran, isti nәfәsiylә mәni özünә valeh edәn Ağdam, o dolama yollar, bu an gözlәrimin qabağındadır. Ağdamın sәrrasd, cәnnәtdәn bir guşә kimi uzanan bağlı-bağatlı küçәlәri, üstündәn niyyәt edib keçdiyim o kәhriz… Qurban Bayramı… Nәlәrin uğruna nәlәrimiz qurban getdi. Mәnә görә millәtimiz mәhşәrә kimi qurban kәsmәsә dә indiyә kimi Tanrı yolunda, vәtәn vә millәt yolunda verdiyimiz qurbanlar bizә bәs elәr. “Bir of çәksәm karşıki dağlar yıkılır Bugün bayram günü canım sıkılır” (Bir türküdәn) (Hamının bayramını tәbrik edir can sağlığı vә xoşbәxtlik arzulayıram) Seyfəddin Altaylı. ANKARA. Geri dön |