Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda koronavirusla bağlı son statistika
Güney Azərbaycanda koronavirusla bağlı son statistika |
Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, hazırda əyalətdə 401 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 63 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
Həbibzadə son 24 saatda əyalətdə daha 6 nəfərin koronavirusdan öldüyünü bildirib. Qərbi Azərbaycan əyalətində isə 526 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 243 nəfərinin COVID-19 testi pozitiv çıxıb. Tibbi Universitetinin rektoru Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 730 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 143 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 38 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə qeyd edib. O, son 24 saatda əyalətdə daha 99 nəfərin koronavirusa yoluxduğunu, 9 nəfərin isə bu xəstəlikdən öldüyünü bildirib. Zəncan əyalətində də son 24 saatda daha 35 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 146 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib. Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 8 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 316 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 235 nəfərinin tam sağaldığını bildirib. Qızılbaş həmçinin qeyd edib ki, hazırda 485 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır. Həmədan əyalətində isə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 2 min 951 nəfərə çatıb. Həmədan Tibb Universitetinin mətbuat xidməti mərkəzinin verdiyi məlumata əsasən, Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayı 354 nəfər olub. Geri dön |