Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təcavüzdə günahlandırılan keçmiş deputata bəraət verilib
Təcavüzdə günahlandırılan keçmiş deputata bəraət verilib |
Məhkəmə “Sepah”ın üzvü olan Salman Xudadadiyə Zəhra Nəvidpura təcavüz ittihamından bəraət verərək, onu nikahdankənar cinsi əlaqədə olmaqda təqsirli bilib. Xudadadi 99 şallaq zərbəsinə məhkum edilib. Məhkəmə həmçinin sözügedən ittihama görə keçmiş millət vəkilinin bütün vəzifələrdən uzaqlaşdırılmasına qərar verib.
Bundan əvvəl Tehran Cinayət Məhkəməsinin 5-ci şöbəsi Sepah üzvünü nikahdankənar cinsi əlaqədə olmaq ittihamı ilə günahlandıraraq 99 şallaq, 2 il müddətinə sürgünə, eləcə də rəsmi postlara təyin olunmasının qadağan edilməsinə məhkum etmişdi. Lakin bu qərar İranın Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi. Xudadadi özünə qarşı irəli sürülən ittihamı rəd edərək qadına yalnız yardım etmək niyyətində olduğunu iddia etmişdi. 27 yaşlı Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılmışdı. O, şübhəli ölümündən əvvəl Salman Xudadadi ilə söhbətlərinin səs faylını yaymışdı. Nəvidpur işə düzəlməklə bağlı millət vəkilinin ofisinə müraciət etdiyini, ofisdə Xudadadi tərəfindən zorlandığını açıqlamışdı. Salman Xudadadi barəsində bir çox məsələni ifşa edən material 2018-ci il noyabrın 19-da GünAz TV-nin “165” verilişində yayımlanıb. Zəhra Nəvidpur 4 il ərzində sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. O bununla bağlı bir çox rəsmi orqan, o cümlədən məhkəməyə müraciət edib. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə doğru-düzgün baxılmayıb və məhkəmə prosesi heç bir nəticə verməyib. Daha öncə Ərdəbil əyalətinin Təhlükəsizlik İdarəsinin baş direktoru və Məlikkəndi Sepahının komandiri vəzifələrində çalışan Xudadadi və onun əlaltıları Zəhra Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid etmişdilər. Geri dön |