Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağdakı hava limanı ilə bağlı məsələ beynəlxalq hüquqa əsasən həll olunmalıdır.
ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağdakı hava limanı ilə bağlı məsələ beynəlxalq hüquqa əsasən həll olunmalıdır. |
«ABŞ tərəfləri Dağlıq Qarabağda hava limanı barədə məsələnin müvafiq beynəlxalq sazişlərin və beynəlxalq hüququn əsasında, həmçinin Ermənistan və Azərbaycanın mülki aviadaşımalar sahəsində mövcud praktikasına uğun diplomatik həllini tapmağa çağırır».
Bu barədə Vaşinqtonda keçirdiyi brifinqdə Dövlət departamentinin sözçüsü Viktoriya Nuland bəyan edib. O xatırladıb ki, ATƏT-in Minsk Qrupu bir neçə dəfə bu məsələ ilə bağlı bəyanat səsləndirib: «Bu bəyanatlar ABŞ, Fransa və Rusiyanın mövqelərini əks etdirir, onlarda diplomatik həllə çağırış mövcuddur. Bəyanatlarda həmçinin qeyd olunur ki, bu hava limanının işi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddiaların dəstəyi üçün istifadə oluna bilməz». Xatırladaq ki, qondarma “Dağlıq Qarabağ Respublikası hökuməti yanında mülki aviasiya idarəsi”nin rəisi Dmitri Atbaşyan bu il oktyabrın 1-də Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi aeroportunun istismara verildiyini bildirib. Azərbaycan XİN Xankəndində aeroportun açılması ilə bağlı Ermənistanın addımını danışıq prosesinə ciddi zərbə vurduğunu, Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib. DAVAM.AZ: "Xaç yürüşü"-nün "beynəlxalq" ad altında irəliləməsi Geri dön |