Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Brayan Huk: “İran İslam Respublikası Yəməndə sonsuz bir müharibənin tərəfdarıdır”
Brayan Huk: “İran İslam Respublikası Yəməndə sonsuz bir müharibənin tərəfdarıdır” |
İranın gizli yollarla Yəməndəki yaraqlı husilərə silah-sursat göndərməsinə toxunan Huk deyib ki, İran Yəməndə və Səudiyyə Ərəbistanının cənubunda sonsuz bir müharibənin tərəfdarıdır: “Yalnız təsəvvür edin ki, İrana qarşı tətbiq edilən silah embarqosu aradan qaldırılsa regionda vəziyyət necə olacaq.
Amerikanın Bəhreyn, Suriya, İraq və Livandakı hərbi qüvvələri İran və onun təmsilçi qüvvələri tərəfindən hədəfə alınacaq, körfəzdə isə naviqasiya azadlığı daha böyük təhdidlərlə üz-üzə qalacaq. Daha doğrusu, əgər qoyulan silah embarqosu aradan qaldırılsa, İran hazırda gizli şəkildə gördüyü işi açıq-aşkar etməyə edəcək. Hesab edirəm ki, əgər israillilərlə ərəblər bu təhlükədən danışırlarsa, bəlkə bu o deməkdir ki, dünya birliyi bunu eşitməli, məsələyə ciddi yanaşmalıdır. Avropa Birliyi təklif edib ki, İrana qarşı tətbiq edilən silah embarqosunun vaxtı uzadılsın. Lakin hesab edirik ki, bu addım yetərincə deyil. Çünki İran keçmişdə olduğu kimi, digər yerlərdən və mənbələrdən yenə silah ala bilər. Avropanın belə bir sanksiyalar qoyması özü-özlüyündə yaxşı addımdır. Lakin bizim bu barədə beynəlxalq bir qadağanın tətbiqinə ehtiyacımız var. Çünki beynəlxalq qadağanın olmaması İrana yenə bu imkanı vercək ki, istədiyi silahları müxtəlif yollarla digər ölkələrdən satın ala bilsin” –deyə, ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib. Geri dön |