Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov vəfat edib.
Məlumata görə, akademik dünən günorta saatlarında dünyasını dəyişib. B.Budaqov 1928-ci il fevralın 28-də Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. İrəvanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirib (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub. Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) “Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası adlı namizədlik (1955) və “Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası adlı doktorluq (1967) dissertasiyalarını (payannamə) müdafiə edib. Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) işləyib. Azərbaycan EA müxbir üzvü (1976) və akademik (1989) seçilmişdir. Ədəbi, elmi yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun elmi əsərləri Azərbaycanda, həmçinin xaricdə – Rusiya, Hindistan, Polşa, Türkiyə və İran elmi və dövri mətbuatlarında çap olunub. “Cənubi-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası” (1973) elmi əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.Prjevalski adına qızıl medalına layiq görülüb. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik (inteşarat-i elmi) məzmunlu məqalələr geniş yer tutur. Onun “Ən yüksək zirvələrdə”, “Canlı adalar”, “Qərq olmuş dağlar”, “İki mərtəbəli çay”, “Üzən su anbarları”, “Coğrafı adlar tarixi abidədir”, “Toxunulmaz müqəddəslər” və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələri “Elm və həyat”, “Azərbaycan təbiəti”, “Azərbaycan məktəbi”, “Ulduz” jurnallarında, “Sovet (Şurəvi) Ermənistanı”, “Vətən səsi”, “Ədəbiyyat və incəsənət” və s. qəzetlərdə dərc edilib. B.Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını verib, təbiətin dağıdıcı hadisələrini sistemləşdirib, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənib, ərazinin xəritələrini (1:200000) tərtib edib. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını (canlılar) aşkara çıxarıb. Azərbaycanın təbii və antropogen landşaftını (anthropogenic landscape), orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənib. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə (şiddətinə) görə ekoloji-coğrafi şəraiti tədqiq edib. Aerokosmik (yerin cəvvi) üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşafın differensiasiyasını (təfkik) müəyyənləşdirib. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənib. ALLAH RƏHMƏT ELƏSİN Geri dön |