Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 197 nəfər koronavirusdan vəfat edib, 2674 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 197 nəfər koronavirusdan vəfat edib, 2674 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

İranda daha 197 nəfər koronavirusdan vəfat edib, 2674 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb


İyulun 31-də jurnalistlərlə görüşündə bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 16 766 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 304 204 nəfərə yüksəlib.


Sima Sadat Lari deyib ki, indiyədək 263 519 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4021 nəfərin vəziyyəti ağır və orta ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 16 766 nəfərə, yoluxanların sayının isə 304 204 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 81 000 nəfəri keçdiyini, 5 milyon 500 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

Geri dön