Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UNEC-in müəllimi “Eurasia Daily Monitor” nəşrində Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan yazdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > UNEC-in müəllimi “Eurasia Daily Monitor” nəşrində Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan yazdı

UNEC-in müəllimi “Eurasia Daily Monitor” nəşrində Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan yazdı


ABŞ-ın Vaşinqton şəhərində yerləşən “Jamestown Foundation” qlobal beyin mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və biznesin idarə edilməsi kafedrasının müəllimi Bəhruz Babayevin “Azərbaycan-Ermənistan sərhədində toqquşmalar regional nəqliyyat və enerji marşrutlarını təhdid edir” (Clashes on Azerbaijan-Armenia Border Threaten Regional Transport and Energy Routes) adlı məqaləsini çap edib. Məqalə mərkəzin “Eurasia Daily Monitor” nəşrinin 112-ci sayında yerləşdirilib.

UNEC-dən bildirilib ki, məqalədə Azərbaycan-Ermənistan sərhədində son toqquşmaların mərkəzi olan Tovuzun Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa İttifaqı üçün enerji və nəqliyyat dəhlizi kimi vacib əhəmiyyətindən bəhs olunub və hadisələrin regiona iqtisadi təsirləri təhlil edilib.

“Jamestown Foundation” qlobal araşdırma üzrə ABŞ-ın aparıcı təhlil mərkəzidir. Mərkəzin məqsədi ABŞ üçün cari strateji əhəmiyyət kəsb edən hadisələr və istiqamətlər haqqında siyasətçilərə məlumat vermək və onları maarifləndirməkdir.

Geri dön