Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı

“Ölüm şosesi” güney azərbaycanlı milli fəalın canını aldı


Məlumata əsasən, hadisə avqustun 1-də baş verib. Hadisədə xəsarət alan Məhəmmədzadənin həyat yoldaşı Səmira Tazakəndi isə Təbrizin Şühəda xəstəxanasına aparılıb.





Qeyri-standart vəziyyətdə olan Təbriz-Əhər şose yolunda hər il onlarla insanın canını alan faciəvi yol qəzaları baş verir. Artıq bu yol əhali arasında “ölüm şosesi” kimi tanınır.





Rəsmi məlumata əsasən, 2011-2016-ci illəri arasında Təbriz-Əhər yolunda baş verən yol qəzaları nəticəsində 830 nəfər həyatını itirib.





Sözügedən yolun təmiri və enləndirilməsi ilə bağlı işlərə 10 il əvvəl başlanılıb, lakin bu yol hələ də istifadəyə verilməyib. Hökumət hər dəfə yolun bir hissəsini istifadəyə verməklə özünü reklam edir, buna baxmayaraq yolun bir çox hissəsində təmir işləri yekunlaşmayıb. İstifadəyə verilən hissələr isə yenidən dağılaraq sıradan çıxır. 10 il müddətində təmiri yekunlaşmayan Əhər-Təbriz yolunun uzunluğu 90 kilometrdir.





Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Geri dön