Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb
Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb |
Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmməd Rza Rzayinin verdiyi məlumata əsasən, hazırda əyalətdə 393 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
O, həmçinin ötən gün ərzində daha 9 nəfərin koronavirusdan öldüyünü bildirib. Qərbi Azərbaycan əyalətində isə 473 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 197 nəfərinin COVID-19 testi pozitiv çıxıb. Ağazadə Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 754 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 130 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 32 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib. Zəncan əyalətində də son 24 saatda daha 34 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 402 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib. Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 7 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 347 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 324 nəfərinin tam sağaldığını bildirib. Qızılbaş həmçinin qeyd edib ki, hazırda 442 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır. Həmədan əyalətində isə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 112 nəfərə çatıb. Həmədan Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata görə, Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayı 382 nəfər olub. Geri dön |